vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
13:35 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2450 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident-senator davası

İranla nüvə sazişinə görə qınanan Korker, Trampı 3-cü dünya müharibəsinə səbəb ola biləcəyində günahlandırır

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp və senator Bob Korker (Bob Corker) bir-birlərinə təhqir ediblər. Tramp respublikaçı senatoru 2015-ci ildə İranla imzalanmış nüvə sazişinə görə suçlayıb. Korkersə deyib ki, prezident ölkəni 3-cü dünya müharibəsinə apara bilər.

«Senator Bob Korker mənə «yalvarırdı» ki, Tennessi ştatından yenidən seçilməsi üçün ona dəstək verim. «Yox» dedim və seçilə bilmədi», – Tramp oktyabrın 8-də «Twitter»də yazıb.

Korker Respublikaçılar Partiyasının aparıcı üzvü və Trampın keçmiş müttəfiqidir.

«O, həmçinin, dövlət katibi olmaq istəyirdi. «Xeyr, çox sağ ol» dedim. O, qorxulu İran sazişindən ötrü böyük məsuliyyət daşıyır», – Tramp yazıb.

 

«O bizə İran sazişini verdi»

 

Bununla ürəyi soyumayan prezident elə həmin gün sosial şəbəkədə fikirlərinin ardını gətirib:

«Bob Korker bizə İran sazişini verdi, məsələ bundadır. Bizə səhiyyə, vergi islahatı lazımdır, adamların işlə təmin olunması lazımdır».

Tramp sələfi Barak Obama dövründə, 2015-ci ildə imzalanmış nüvə sazişini bir neçə dəfə pisləyib. Ötən ay BMT Baş Assambleyasında deyib ki, bu, «Birləşmiş Ştatların indiyədək daxil olduğu ən pis, ən birtərəfli sövdələşmədir».

Saziş çərçivəsində Tehran beynəlxalq sanksiyaların yüngülləşdirilməsi əvəzində nüvə fəaliyyətini məhdudlaşdırmağa razılaşıb.

Oktyabrın 15-də Tramp Tehranla sazişə zəmanət verməlidir. Zəmanət verməsə, nüvə sazişinin taleyi Konqresin əlinə keçəcək. Senatın Xarici əlaqələr komitəsinin sədri olan Korker son qərarın verilməsində əsas rol oynaya bilər.

B.Korker daha öncə sazişi qüsurlu saydığını açıqlasa da, ondan tam imtinaya qarşı çıxıb.

 

Korkerin cavabı

 

65 yaşlı, Tennessi ştatından senator Bob Korker gələn il təkrar seçilməyə cəhd etməyəcəyini açıqlayıb. O, 2016-cı il prezident seçkisi kampaniyası zamanı Trampın milli təhlükəsizlik müşaviri kimi çalışıb, vitse-prezidentliyə, dövlət katibliyinə potensial namizəd sayılıb.

Korker oktyabrın 8-də Trampın «twit»lərinə cavabında yazıb:

«Ağ Evin böyüklər üçün bağçaya çevrilməsi utancvericidir. Bu gün səhər kiminsə növbəyə gecikdiyi görünür».

Senatdan istefa planlarını açıqlayandan bəri Korker Trampı daha çox tənqid etməyə başlayıb.

Oktyabrın 8-də «The New York Times» qəzetinin dərc etdiyi müsahibədə Korker deyib ki, Tramp ofisiylə «realiti şou» kimi davranır, digər ölkələrə məsuliyyətsiz hədələr səsləndirir ki, bu da ölkəni 3-cü dünya müharibəsinə sürükləyə bilər.

«O məni narahat edir. O, xalqını düşünən hər kəsi narahat etməlidir», – Korker söyləyib.