vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
13:59 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2392 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bitcoin» Rusiyada qadağan olunur

Moskva öz virtual pul vahidini yaradır

MÖVZU İLƏ ƏLAQƏLİ

Virtual pul vahidi «Eteryum»u öz pul vahidi halına gətirməyə çalışan Rusiyadan gözlənilməz açıqlama verilib. Rusiya Mərkəzi Bankı Sədrinin Birinci Müavini Sergey Şvetsov, Rusiyanın «Bitcoin»in alınıb-satıldığı internet saytlarına girişi məhdudlaşdıracağını deyib.

Şvetsov etdiyi açıqlamada, «Fərdi səhmdarların bu cür müəmmalı alətlərə birbaşa və asanlıqla daxilolmalarına imkan verə bilmərik», deyə bildirib.

Kripto pul vahidi «Bitcoin» bu dəqiqələrdə 0,89 faiz artımla 4815,28 dollardan, «Ethereum» isə 0,18 faiz azalma ilə 296,44 dollardan ticarət olunur.

Dünyanın ən böyük virtual pul vahidi  «Bitcoin», «Eteryum»un ən böyük rəqibidir.