vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
15:44 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2467 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atambayevin atılmaq qorxusu

Qırğızıstan prezidenti iğtişaş təhlükəsinə görə MDB sammitinə getmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Qırğızıstan prezidenti Almazbek Atambayev bu həftə Rusiyada keçiriləcək MDB sammitinə səfərini ləğv edib. O bunu ölkəsində oktyabrın 15-də keçiriləcək prezident seçkisi zamanı qarışıqlığın baş verə biləcəyi ehtimalı ilə izah edib.

Atambayevin mətbuat xidməti oktyabrın 9-da bildirib ki, Qırğızıstanı Soçi sammitində prezidentin əvəzinə baş nazir Sapar İsakov təmsil edəcək.

Mətbuat xidməti bildirir ki, «seçki günündə müəyyən siyasətçilərin kriminal elementlərlə birlikdə kütləvi iğtişaş törədə biləcəyinə dair dəlillər var».

Bu da qeyd edilir ki, iğtişaşların törədilməsində habelə xaricdən maliyyələşdirilən namizədlərin də əli ola bilər.

Bu bəyanatdan iki gün əvvəl Atambayev qonşu Qazaxıstanı açıq-aşkar Qırğızıstanın daxili işlərinə qarışaraq namizəd Omurbek Babanovu dəstəkləməkdə ittiham etmişdi.

Eyni bəyanatda Atambayev Qazaxıstan prezidenti Nursultan Nazarbayevi onilliklərdir hakimiyyətdə qaldığına görə tənqid edirdi.

Nazarbayevin on ölkədən ibarət MDB-nin sammitinə qatılacağı gözlənilir.

Qırğızıstan Konstitusiyası Atambayevin ikinci müddətə namizədlik verməsini qadağan edir.

O, hakim Sosial-Demokratik Partiyanın namizədi, keçmiş baş nazir Sooronbay Jeenbekovu açıq-aşkar dəstəkləməkdə ittiham olunur.

Sentyabr ayında Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi Babanovu dəstəkləyən bir millət vəkilini həbs edib.

Həmin deputat iğtişaşlar və zorakı çevriliş hazırlamaqda günahlandırılır.