vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
17:38 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2411 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«S-400» müəmması davam edir

Türkiyə raketlərin hazırlanma texnologiyasını əldə etmək istəyir, Moskvanın isə buna həvəsi yoxdur

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə NATO-dakı müttəfiqlərini təəccübləndirərək Rusiya ilə «S-400 Triumf» zenit-raket kompleksinin alınması barədə saziş imzaladı. Lakin Ankara sadəcə raketlərin özünün deyil, həm də onların hazırlanma texnologiyasını və bütün taktiki-texniki xüsusiyyətlərinin sirlərinə vaqif olmaq niyyətindədidr.

Xarici işlər naziri Mövlud Çavuşoğlunu «Axşam» qəzetinə verdiyi müsahibədə dedikləri də bunu göstərir.

Mövlud Çavuşoğlu tərəflərin raketlərin birgə istehsalında anlaşmaması halında Türkiyənin «S-400» raketlərini almaqdan imtina edəcəyini bildirib.

«Biz bu barədə rəsmi imtina almamışıq. Prezident Vladimir Putin özü Ankaraya rəsmi ziyarətində birgə istehsalla bağlı addımlar atılacağını söyləmişdi. Lakin əgər Rusiya bu məsələyə neqativ yanaşsa, biz başqa ölkə ilə də anlaşa bilərik», - nazir bildirib.

Buna rəğmən nazir Çavuşoğlu Türkiyənin öz hava məkanını qorumaq üçün bu tip raketlərə ehtiyacı olduğunu gizlətməyib. «Əgər Rusiya əleyhinə olan ölkələr ondan «S-400» raketlərini almağımızı istəmirlərsə, bizə öz variantlarını təklif etsinlər»,- deyə o qeyd edib.

Rusiya rəsmiləri Çavuşoğlunun bu müsahibəsinə tələsik reaksiya verməyiblər. «Kommersant»ın yazdığına görə, prezidentin mətbuat katibi Dmitri Peskov imzalanan müqavilə və bununla bağlı aparılan danışıqların hələ ekspert səviyyəsində getdiyini deməklə kifayətlənib.

Qeyd olunur ki, Rusiya və Türkiyə arasında 4 divizion «S-400» raketlərinin verilməsi ilə bağlı sentyabr ayında bağlanan anlaşma ümumi dəyəri 2 milyard ABŞ dolları dəyərindədir. Rusiya mətbuatı müzakirələrin olduqca qısaldılmış müddətdə getdiyini və sırf iki prezident arasında şəxsi söhbət zamanı razılığın əldə olunduğunu yazır.

Lakin Türkiyə hərbçiləri yalnız hazır sistemləri deyil, həm də «Triumf»ların öz ölkələrndə yığılmasını arzu edirlər. «Kommersant» Türkiyə tərəfinin böyük müqavimətinə rəğmən Rusiyanın sazişin texnologiyaların transfertinin həyata keçirmədən bağlanmasına nail olduğunu qeyd edir.

«Burada söhbət ciddi texnologiyalardan gedir. Bu cür texnikanı elə-belə götürüb başqa ölkənin ərazisində istehsal etmək olmaz. Bunun üçün ayrıca texnoloji məktəb və yüksək ixtisaslı kadrlar olmalıdır», - raketlərin istehsal olunduğu «Rostex» şirkətinin direktoru Sergey Çemezov bildirib.

«Rosoboroneksport» və Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmət Çavuşoğulunun bəyanartına rəsmi şəkildə rekasiya verməkdən imtina ediblər.

Lakin adı çəkilən qurumlardan bir sıra mənbələrin Rusiya mətbuatına verdiyi müsahibələrdə türkiyəli nazirin bəyanatını daha çox siyasi oyunun tərkib hissəsi kimi qəbul edənlər var.

«Biz artıq sazişi imzalamışıq, tərəflərin hüquq və öhdəliklərini göstərən müddəalar dəqiqliklə göstərilib. Ona görə sazişin imzalanmasından elə-belə imtina etmək çətin olacaq», - həmin qaynaqlardan biri «Kommersant»a bildirib.

Mənbənin sözlərinə görə, Çavuşoğlu Səudiyyə Ərəbistanının yürütdüyü siyasətin eynisini həyata keçirmək istəyib. Səudiyyəlilər Rusiya ilə «S-400» raketlərinin alınması ilə danışıqlar apardığı bir vaxtda ABŞ Dövlət Departamenti Pentaqonun Ər-Riyadla 15 milyard dollar dəyərində imzaladığı THAAD raketlərinin satılmasını dərhal təsdiq edib.

Rusiya Federasiyasının hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin isə Türkiyədən hətta «Triumf» raketlərin alınması ilə bağlı 100 milyon dollarlıq avans aldıqlarını da söyləyib.

Türkiyənin «Triumf»ların istehsal və işlənmə texnologiyasını əldə etmək istəyi Rusiyanın hərbi-sənaye strukturlarından və xüsusi xidmət orqanlarında ciddi müqavimətə rast gəlib. Onlar ümumiyyətlə Rusiya hərbi sənayesini yüksək nailiyyəti sayılan bu cür silahların NATO üzvü olan bir ölkəyə satılmasının əleyhinədirlər. Hərbi ekspert Aleskey Leonkovun sözlərinə görə, xarici ölkələrin hərbi-kəşfiyyat strukturlarını «Triumf»ların radiolokasiya sistemləri maraqlandırır. Bu sistemlərin dünya miqyasında analoqu olmadığı bilinir.

Bu səbəbdən ruslar Ankara ilə bəhs edilən problem ətrafına məsləhətləşmələrin davam etdiriləcəyini vurğulayrlar. «Əgər Türkiyə tərəfi sistemlərin lokalizasiyasını (yerliləşdirlməsini) istəyirlərsə, bunu yalnız 15 faiz çərçivəsində ala bilərlər. Bundan daha çoxunu verməyə hazır deyilik»,- danışqlarda iştirak edən rus rəsmilərindən biri «Kommersant»a bəyan edib.