vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
19:52 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3179 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kimlərə «hacı» deyilə bilər?

QMİ: «Elə insan var ki, Həccə getdiyini gizli saxlayır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Vaxtilə insanlar Həcc, Kərbəla və digər müqəddəs ziyarətlərə çox böyük zəhmətlə gedirdilər. Səfərləri 6 ay, hətta bir ilə kimi çəkirdi. Qayıtdıqdan sonra insanlar onlara böyük həvəslə hacı, kərbəla, məşhədi deyirdilər».

Bunu adların qarşısında hacı, məşhədi kimi titulların yazılmasına münasibətini açıqlayan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov bildirib.

A.Yaqubovun fikrincə, müəyyən pillələri keçib müxtəlif adlara layiq görülən insanlar kimi o zamanın ziyarətə gedənləri də bunun üçün əziyyət çəkirdilər: «Biri əziyyət çəkir elm öyrənir, professor adını alır, ona deyirlər. Bir insan müəllim, biri alim statusunu alır. Hərbi sahədə əziyyət çəkənlər rütbə alır, general olur və s. Belə adlar ona görə verilir ki, bu insanlar adları almaq üçün əziyyət çəkirlər. Böyük İslam alimlərindən də belə adlar götürənlər olub. Məsələn, böyük şəxsiyyətlər doğulduqları yerlə öyünürdülər və adlarının qarşısında doğma məkanın adını yazırdılar. Adlarının qarşısında İrəvani yazılan böyük şəxsiyyətlərimizdən bu gün də Nəcəf şəhərində böyük elmi mərkəzlərdə çalışanlar var».

A.Yaqubov hesab edir ki, müqəddəs torpaqları ziyarət edən insanlar da adlarının qarşısında həmin məkanların qeyd olunmasından fərəh hissi keçirirlər.

O xatırladıb ki, hacı sözü Azərbaycanın rəsmi sənədlərində yazılmır, insanlar arasında hörmət əlaməti olaraq müraciətdə işlədilir: «Yalnız Səudiyyə Ərəbistanından bizə kvota veriləndə deyirlər ki, bu qədər sayda hacı gətirə bilərsiniz. Bizdə isə bu müraciət forması şifahi şəkildə işlədilir. Elə insan var ki, Həccə getdiyini gizli saxlayır və heç kim də ona hacı demir. Eləsi var ki, onun getdiyini bilirlər və ona o formada müraciət edirlər. İnsanlara hacı deyilib-deyilməməsinə, adının qarşısında yazılıb-yazılmamasına biz hökm verə bilmərik. Həcc ziyarətinə könüllü şəkildə gedilir və müraciət məsələsi də könüllüdür. Hacı şəklində müraciət edilməsi o baxımdan yaxşıdır ki, ətrafda hamı bu insanın Həcc vacibatını artıq yerinə yetirdiyini bilir». («Report»)