vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
19:28 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2441 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Karapetyanla Ruhani görüşüb

Azərbaycan torpağı Tehranda müzakirə edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Tehranda İran prezidenti Həsən Ruhani və Ermənistanın baş naziri Karen Karapetyan arasında görüş olub. Virtualaz.org bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər yayıb.

«Ermənistan qonşu İranla isti və dost münasibətlərə böyük əhəmiyyət verir, hansılar ki, ciddi tarixi bünövrəyə malikdir və qarşılıqlı maraqlara əsaslanır», – deyə Ermənistanın baş naziri bildirib.

Öz növbəsində prezident Ruhani erməni qonaqları salamlayıb, belə bir əminliyini ifadə edib ki, K.Karapetyanın indiki səfəri müxtəlif sferalarda xeyirxah erməni-İran münasibətlərini daha da möhkəmləndirəcək. İran prezidenti vurğulayıb ki, iki ölkə hökumətlərinin təşəbbüslərinə, həmçinin birgə dövlət layihələrinin reallaşdırılmasına şəxsən kömək etməyə hazırdır.

Erməni hökumətinin başçısı erməni-İran siyasi dialoqunun yüksək səviyyəsini qeyd edib.

İran prezidenti və Ermənistanın baş naziri həmçinin söhbətdə Qarabağ münaqişəsinin nizama salınması məsələsinə və regional problemlərə toxunublar. K.Karapetyan qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ məsələsində İranın mövqeyini yüksək qiymətləndirir, hansı ki, regional sülhün və təhlükəsizliyin təminatının əhəmiyyətli amilidir.