vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
22:23 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1909 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kurqanlara daş basdırıb-tapan ermənilərə ötürmə vermək?

Yalanlarına dəstək verən həmin xəritə və paraqraf xəyanətə bərabər yanlışdır

Xalid KAZIMLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənilər öz yalanlarına dünyanı tam olaraq inandıra bilməsələr də, bu istiqamətdə xeyli məsafə qət edib, çox beyinləri dumanlandırıblar. Onlar saxta tarix yaratmaq və bunu siyasət aləti etmək işinə dünəndə, srağagündə başlamayıblar, ilk dəfə 1982-ci ildə bunu bizə ali məktəbdə tarix dərsi deyən Mehman müəllim demişdi.

Mehman müəllimin cümləsi indiyə qədər yadımdadır: «Gedirlər orda-burda qədim əlifbayla daşa nəsə bir şey həkk edir, torpağa basdırır, sonra «tapırlar», deyirlər, qədim erməni yazısı tapdıq. Beynəlxalq simpoziumlara, toplantılara qatılır, ortaya «sübutlar» tökürlər».

Müəllimimizin bir sonrakı fikri də beləydi: «Amma biz qədim abidələrimizi ya söküb məhv edirik, ya da qorumuruq, özləri dağılır».

Təkrar edirəm, bu söhbət 1982-ci ildə, tam 35 il əvvəl Gəncədə, institutumuzun Xan bağı ilə üzbəüzdə yerləşən tarix korpusunda olub.

Elə vaxtdan bəlliydi ki, erməni tarixçilər, ictimai-siyasi xadimlər ölkə daxilində, eləcə də xaricdə qatıldıqları bütün elmi (tarix üzrə) toplantılarda ermənilərin çox qədim xalq olduğunu, keçmişdə böyük dövlət qurduqlarını «elmi cəhətdən» sübut etməyə çalışırlar.

O zaman Qarabağ söhbəti, Azərbaycana qarşı torpaq iddiası yox idi, amma bəlliydi ki, «Ocaq» kimi kitablar boşuna yazılmır, məşhur lətifədə deyildiyi kimi, bu kamançanın səsi sabah çıxacaq.

Elə ona görə də 1985-ci ildə Zori Balayanın bədnam kitabı çıxanda azərbaycanlı tarixçilər həyəcan təbili çalmış, bunun gələcəkdə ərazi iddiasına çevriləcəyini demişdilər.

O zaman tarixçilərin mühitində bu söhbətlər geniş yayılmışdı, fəqət sovet totalitarizmi bu barədə söhbət edənləri «milli ədavəti qızışdırmaq» adıyla təqib edirdi.

Budur, biz düz 30 ildir ki, həmin «torpaq altından tapılan və üstündə erməni əlifbasıyla yazılar həkk olunmuş daş»ların, ermənilərin qədim xalq olduğunu, keçmiş zamanlarda böyük dövlət qurduqlarını «sübut edən» kitabların başlatdığı müharibənin və milli ədavətin tam ortasındayıq.

Ermənilər yalana dayanan iddiaları ilə, böyük dövlət haqqında xülyaları ilə Qafqazı gerçək qan gölünə döndəriblər.

Onlar təkcə Qarabağla kifayətlənəsi deyillər, gözləyirlər ki, Qarabağ yan-yön olsun, de-yure də ələ keçirsinlər, bundan dərhal sonra, heç bir ayı tamam olmamış gürcülərdən də Cavaxetiyanı, sonra acarlardan Batumu qoparmağa çalışacaqlar.

Çünki onların belə bir ideyaları var: «Dənizdən dənizə Ermənistan». Kimsə nə vaxtsa uydurub ki, ermənilərin qədimdə belə bir dövləti olub. İndi ermənilər bu utopik tarixi reallığı bərpa etmək istəyirlər.

Bizim ölkəmizdə rusdilli şagirdlər üçün nəzərdə tutulmuş tarix dərsliyində verilmiş xəritədə «dənizdən dənizə Ermənistan» adlı qədim dövlətin göstərilməsi hadisəsinə bu prizmadan yanaşmaq lazımdır.

Bu, bir erməni iddiasıdır. Olduqca mübahisəli məsələdir. Tarix təhqiqatçıları çox-çox qədimlərdə adı keçən dövlətin heç də müasir ermənilərə məxsus olmadığı haqqında çoxlu sübutlara malikdir.

Birincisi, indiki ermənilər heç də özlərini «erməni» adlandırmır, «hay» adlandırırlar. İkincisi, böyük dövləti qurmaq üçün böyük xalq olmaq lazımdır, ermənilər isə indinin özündə yalnız cırtdan dövlət quracaq qədərdirlər.

Dünya əhalisinin 1 milyard olmadığı vaxtlarda necə olub ki, ermənilər qonşu xalqlardan qat-qat çox olublar və böyük dövlət qura biliblər. Bu iddianın nəinki elmi, heç məntiqi əsası da yoxdur. Tarixi reallıq budur ki, ermənilər tarix boyunca həmişə etnik azlıq olublar və müxtəlif imperiyaların hakim dairələrinin himayəsinə sığınmaqla birtəhər öz mövcudluqlarını qoruyub saxlaya biliblər.

Hazırda bizə qarşı qəddar düşmənçilik edən bu xalqın əsassız iddialarına, yalanlarına dəstək verən həmin xəritə və paraqraf xəyanətə bərabər yanlışdır.

Bu hadisə normal, mədəni bir xalqa yönəlik olsaydı, «tarixdir, 2 min il əvvəl nə olubsa, olub» deyə üstündən keçmək olardı. Amma ermənilər üçün bu, tarixi sənəddir. Onlar bundan daima istifadə edəcəklər.

4-5 il öncə görkəmli yazıçımız Əkrəm Əylisilinin «Daş yuxular» romanı ətrafında yaranan qalmaqalın səbəbi də bu idi ki, ermənilər bu romana bədii əsər kimi yanaşmırdılar, «erməni həqiqətlərinin sübutu olan tarixi sənəd» kimi yanaşırdılar. 50 ildən sonra da belə edəcəklər.

Uzun sözün kəsəsi, rəqs və döyüş meydançasına kiminlə çıxdığımızı unutmayaq. Onlar bizim hər səhvimizdən yararlanmağa çalışan bir qövmdür.

Bir şey ki, dünyanın düz vaxtı emalatxanalarda daş üstünə yazı həkk edir, sonra da kurqanlara basdırıb-çıxarırdılar, indi onlardan tarixə obyektiv baxış gözləməkmi olar...

Xalid KAZIMLI