vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
23:55 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2065 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qatıq qaradır» siyasəti…

… yaxud «süddən çıxmış ağ qaşıq»larla mübarizə

Natiq CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-Türkiyə arasında ticarət dövriyyəsi bu ilin ilk 8 ayında 13,7 milyard dollar olub. Türkiyənin ABŞ-a ixracı bu dövrdə keçən ilin ilk 8 ayına görə 32 faiz artımla 5,8 milyard dollar təşkil edib. ABŞ-ın Türkiyəyə ixracı isə keçən ilin eyni dövrünə görə azalıb, 7,9 milyard dollar təşkil edib.

Türkiyənin ABŞ-a ixracı ümumi ixracatının 6 faizə yaxınıdır, ABŞ-ın Türkiyəyə ixracı ümumi ixracının 0,001 faizə yaxınını təşkil edir.

Türkiyədə birbaşa ABŞ kapitalının həcmi 100 milyard dollardan çoxdur. ABŞ ölkəyə ən çox investisiya qoyan ilk 5 ölkədən biridir.

Türkiyənin sivil dünya ilə münasibətləri gərginləşdirir, ölkə son 6-7 ildə tutarsız xarici siyasət aparır:

 

1.) Gah «Ey Rusiya» deyib Kremli təhdid edir, gah da Putini ən yaxın dostu sayıb, ondan «S-400» kompleksi alır;

2.) Əsədə «qardaşım» deyirdi, sonra ən böyük düşməni elan etdi, indi isə onunla Moskva üzərindən gizli danışıqlar aparır;

3.) Bərzani ən yaxın dostu idi, Şimali İraqda «Kürdüstanın» qurulmasında, ordusunun, iqtisadiyyatının yaranmasında Türkiyə ən böyük rol oynadı, indi Bərzani düşmən oldu;

4.) Mərkəzi İraq hökumətini heçə sayırdılar, oradan qaçan yüksək vəzifəli məmurlar Türkiyədə gizlənirdi, rəsmi Bağdad ən böyük dost oldu;

5.) İrana həmişə şübhə ilə yanaşırdılar, indi İran ən böyük dost oldu;

6.) Üç gün öncə Putinlə görüşdü, tam iş birliyi sözü verdilər, dünən Kiyevdə Krımın işğal olunduğunu, Rusiyanın işğalçı olduğunu bəyan etdilər;

7.) Suriyada məzhəb üzərindən siyasət aparıb bəlli qruplara ciddi dəstək verdilər, sonra həmin qruplarla vuruşmağa başladılar;

8.) Ölkəyə demokratiya gətirəcəyik dedilər, onlarla jurnalist həbs edib, onlarla media qapatdılar;

9.) FETÖ-yə «Hocam» deyib dövləti onlara təslim etdilər, indi onlarla mübarizə aparırlar.

 

Belə tutarsız siyasət olmur, olanda da ABŞ-la, AB və dünya ilə böhran yaşanır.

Təbii ki, ABŞ-ın da, AB-nin də öz maraqları var, onlar heç də «süddən çıxmış ağ qaşıq» deyillər. Amma Dövlət adlanan İnstitutun öz tutarlı, ardıcıl, məntiqli, iqtisadi və siyasi gücünü doğru hesablaya bilən siyasəti olmalıdır.