vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:30 | 11 oktyabr 2017 | Çərşənbə Məqaləyə 3395 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xatirə

Elçibəyin qardaşına yazdığı və heç yerdə getməyən məktubunun məzmunu

Cavid İSMAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev vəfat etdi. Allah o dünyasını versin! Doğrudur, Elçibəydən sonrakı davranışları birmənalı qarşılanmırdı. Amma etiraf edək ki, orijinal adam idi. Bir neçə dəfə müsahibə almışdım. Əbülfəz Elçibəyin vəfatından sonra Mirmahmud Mirəlioğlu da, o da ilk müsahibələrini mənə vermişdilər.

Almurad Əliyevlə müsahibə Elçibəyin «Vorovski»dəki evində baş tutmuşdu, özü də Bəyin otağının qarşısındakı otaqda. Xeyli dil tökəndən sonra məni Elçibəyin otağına buraxmışdı. Deyirdi ki, Bəy gedəndən sonra heç özümüz də girməmişik bu otağa.

Otaqda hər şey Elçibəy Bakını tərk etdiyi gün qoyub getdiyi kimi idi. Paltarları masanın kreslosunun qoltuğunda idi, yatağının yanındakı stulun üzərində dərmanları, stolun üzərində isə əlyazmaları və sevimli 100 mm-lik «Camel» siqareti vardı. Otaqdakı kitab şkafı dolu idi, şkafın böyründə də yerdən tavana doğru kitablar üst-üstə düzülmüşdü. Məşhur aktrisa Türkan Şorayın Elçibəyə hədiyyə göndərdiyi və AXC-nin Şəhriyar klubunda keçirilən 10 illik yubiley tədbirində təqdim olunan imzalı çərçivə fotosu da şkafın üzərində idi.

Diktofondan kənar söhbət zamanı bildim ki, «Vorovski»dəki evi Elçibəy Azadlıq prospektindəki «İstanbul evləri»ndə Türkiyənin hədiyyə etdiyi iki mənzildən birini satmaqla alıb. Daha sonra Almurad bəy Elçibəyin ona məktubunu oxudu mənə, amma bərk-bərk tapşırdı ki, bunu yazmayım. Amma məncə, indi yazmaq olar. Məktubda Elçibəy imkansız qohumlarının adlarını (təəssüf ki, yadımda qalmayıb) çəkmişdi ki, filankəsin evi yoxdur, filankəsin borcu var, filankəsin müalicəyə pulu yoxdur. Sonda isə qardaşına tapşırmışdı ki, «İstanbul evləri»ndəki ikinci mənzili satıb adını çəkdiyi qohumlarının borc, müalicə və evsizlik problemlərini həll eləsin...


***


Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bu gün səhər saatlarında vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Xatırladaq ki, mərhum uzun zamandır ağır xəstəlikdən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!