vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
17:10 | 11 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2577 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belçika da parçalanır

Avropada növbəti müstəqillik qalmaqalı

MÖVZU İLƏ ƏLAQƏLİ

Kataloniyada keçirilən müstəqillik referendumu Avropada müxtəlif regionları hərəkətə keçirib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Belçikanın Flandriya vilayəti də bununla bağlı addım atmaq istəyir.

Flandriya Belçikadan ayrılmaq imkanını müzakirə edir. Belçika məclisinin hər iki palatasında təmsil olunan «Flamand marağı» partiyasının lideri Tomas Van Qriken bəyan edib ki, İspaniya vilayətindəki hadisələr Avropada sonuncu hadisə olmayacaq. Niderland dilinin hakim olduğu Flandriya da bu yol ilə hərəkət etməyə hazırdır.

Tomasın sözlərinə görə, Belçika əhalisinin böyük hissəsi Kataloniyanın müstəqillik referendumunu dəstəkləyir. Flandriya bölgəsi isə müstəqillik referendumu keçirmək niyyətindədir: «Biz Flandriyada referendum keçirmək istəyirik. Çünki əhalinin böyük əksəriyyəti bu ideyanı dəstəkləyir».