vaxtlı-vaxtında oxuyun! Cümə, 20 oktyabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0000 AZN
Rusiya rublu 1 RUB = 0.0297 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2421 AZN
Türk lirəsi 1 TRY = 0.4638 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MƏHKƏMƏ, İSTİNTAQ  
23:36 | 11 oktyabr 2017 | Çərşənbə Məqaləyə 215 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsveçdə Ziya Məmmədovun işi bağlandı

Sabiq nazir bombardmandan sağ çıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveç prokurorluğu «Bombardier» şirkətinin əməkdaşı Yevgeni Pavlovun azərbaycanlı məmurlara rüşvət verilməsində günahını sübuta yetirə bilməyib. Beləliklə də, İsveçdə ən böyük korrupsiya işlərindən biri bağlanıb.

Stokholmda avqustun 29-da başlamış məhkəmə prosesində İsveç prokurorluğu sübuta yetirməyə çalışırdı ki, Pavlov 340 milyon dollarlıq müqaviləni şirkəti üçün almaq məqsədilə Azərbaycandakı məmura rüşvət verib. Müstəntiqlər şirkətin elektron məktubları şəklində dəlillərə malik olduqlarını bildirirdilər.

Xatırladaq ki, 2013-cü ildə Bakını Gürcüstan sərhədi ilə birləşdirən dəmiryolunun bir hissəsinin siqnal avadanlığı ilə təchiz etmək üçün keçirilən tenderdə «Bombardier»in başçılıq etdiyi konsorsium qalib gəlmişdi. Baxmayaraq ki, digər iştirakçılar tenderdə daha az qiymətə öz xidmətlərini təklif etmişdilər.

Müqavilə imzalanarkən Azərbaycanda nəqliyyat naziri Ziya Məmmədov idi, ADDY-ə isə Arif Əsgərov rəhbərlik edirdi.

Virtualaz.org «Associated Press»ə istinadən xəbər verir ki, son nəticədə, məhkəmə Pavlovun günahını sübuta yetirə bilməyib və iş bağlanıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *