vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
11:55 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2840 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ prezidentinin başını ağrıdan proje

Mosvadakı «Trump Tower»in yerində «Agalarov Tower» ucalacaq, layihədə İvankanın da adı keçir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ata-oğul biznesmenlər Araz və Emin Ağalarovlar Moskvanın Krasnoqorsk rayonunda «Crocus City»nin ərazisində «Agalarov Tower» çoxfunksiyalı kompleksini inşa etməyə hazırlaşır.

Emin Ağalarov TASS-a bildirib ki, onların şirkəti əvvəllər «Trump Tower» qülləsinin ucaldılması planlaşdırılan ərazidə öz çoxfunksiyalı komplekslərini tikəcəklər. Lakin biznesmen layihənin parametrlərini açıqlamayıb, təkcə bunu deyib ki, «Agalarov Tower» insan ömrünün hüdudları çərçivəsində tikilib başa çatdırılacaq.

Xatırladaq ki, Araz Ağalarov Donald Trampla Moskvada Trump Tower göydələnin tikilməsini 2013-cü ildə müzakirə edib. Həmin il biznesmen Tramp «Dünya gözəli» yarışmasını keçirmək üçün Moskvada Ağalarovların qonağı idi. Sonradan o prezident seçildi və indi həmin Moskva səfəri Trampın başına bəla olub.

Ağalarovlar planlaşdırmışdı ki, Moskvadakı «Trump Tower» layihəsi eyni adlı oteldən, 250 elit mənzildən, spa-mərkəzdən və Trampın qızı İvankanın brendi altında digər kommersiya daşınmaz əmlakın tikintisindən ibarət olacaq.