vaxtlı-vaxtında oxuyun! Bazar, 22 oktyabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0087 AZN
Rusiya rublu 1 RUB = 0.0296 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2277 AZN
Türk lirəsi 1 TRY = 0.4644 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
19:46 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanın «KTMT silahı»

Azərbaycan müharibə vaxtı hərbi dəstək almaq üçün nə etməlidir?

Cavanşir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Təcavüzkar Ermənistanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mövcud olduğu illər ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrin hər birində adı keçir. Buna səbəb də quruma daxil olan ölkələrin üzərlərinə götürdüyü öhdəliklərdir. Belə ki, əgər quruma üzv dövlətlərdən biri müharibə təhlükəsi ilə üzləşərsə, yaxud müharibə apararsa, digər dövlətlərin hər biri ona hərbi cəhətdən yardım etməlidirlər.

Məhz bu səbəb Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan başlıca amillərdən biridir. Azərbaycanın müharibə olacağı təqdirdə bu təhlükənin qarşısını almaq üçün hansı yollara əl atmalı olduğu barədə fikirlər müxtəlifdir. Çoxları hesab edir ki, rəsmi Bakı KTMT-nin şərtləri kimi şərtləri olan bir quruma mütləq daxil olmalı, yaxud da bu tipli bir təşkilatın yaranmasına nail olmalıdır. Bundan əlavə, müharibə olarsa, qardaş ölkə Türkiyənin Azərbaycana yardım etmək hüququnun olmasını özündə əks etdirən bir müqavilənin imzalanmasından söz açılır. Pakistan tipində rəsmi Bakıya daim dəstək olan başqa ölkələrlə də belə bir müqavilənin mümkünlüyü qeyd olunur.

Azərbaycanın müharibə vaxtı nəhəng Rusiyanın da daxil olduğu KTMT qüvvələri qarşısında tab gətirib-gətirməyəcəyi ilə bağlı da mövqelər üst-üstə düşmür. Doğrudur, müharibə olarsa, KTMT-yə daxil olan elə ölkələr var ki, onlar Azərbaycan əleyhinə ermənilərə hərbi qüvvələrlə yardım etməzlər. Amma istənilən halda daim Ermənistanın yanında olan Rusiya faktorunu unutmaq mümkün deyil.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl KTMT-nin Dağlıq Qarabağ məsələsinə aid olmadığını deyir: «Dağlıq Qarabağ tanınmayan ərazidir. Əgər Dağlıq Qarabağda əməliyyatlar başlasa, bunun Kollektiv Əməkdaşlıq Müqaviləsi Təşkilatına heç bir aidiyyəti yoxdur. Sadəcə, yazılmamış qanunlar var ki, bu da KTMT-yə deyil, birbaşa Rusiyaya aiddir. Çünki Kreml bu məsələnin həllinə imkan vermir. Dağlıq Qarabağda başlaya biləcək hərbi əməliyyatları Ermənistana qarşı olmuş kimi qəbul edirlər. Bizə gəlincə, əməliyyatlarda çağıra biləcəyimiz ikinci bir dövlət yoxdur ki, bizə hücum olanda kömək etsin. Doğrudur, sözdə belə dövlətlər var. Amma qanuna salınmış belə bir müqavilə yoxdur. Biz GUAM-ın üzvüyük, lakin təşkilata daxil olan ölkələrlə də belə bir məsələ yoxdur. Bu cəhətdən Azərbaycanın vəziyyəti çox acınacaqlıdır».

Təhlükəsizlik eksperti gələcək baxımından Azərbaycanın bu istiqamətlərdəki cəhdlərinin necə nəticələnə biləcəyindən də söz açdı: «Bu istiqamətdəki fəaliyyətimiz strateji hədəflərimizdən biri olmalıdır. Ölkə diplomatiyası nə işlə məşğuldur? Onların əsas vəzifələrindən biri bu olmalıdır. Beynəlxalq aləmdə çəkinmədən bu işlə məşğul olmaq lazımdır. Adətən bu işdən ən çox Rusiya çəkindirir. Amma Kremlin qarşısında məsələ qoyulmalıdır ki, heç kəsdən yox, ən böyük təhlükəni Ermənistandan gözləyirik. Ortada da məlum olan Rusiya-Ermənistan müqaviləsi var. Bundan çıxış edərək, Azərbaycan tutarlı arqumentlər ortaya qoya bilər. Pakistan və Türkiyə ilə belə bir müqavilə imzalana bilər. O cümlədən, GUAM-ın özü ilə də bu məsələni ortaya qoymaq olar. Diplomatiyanın xidməti, vəzifəsi bundan ibarətdir. Amma təəssüflər olsun ki, bizim diplomatiya daim çəkindirici mövqedədir. Rusiyadan qorxmaq o dərəcədədir ki, ölkənin strateji qarantiyası ola biləcək belə bir müqavilə imzalamaq, yaxud dövlət tapmaq acınacaqlı hala gəlib. Həm hökumət, həm də diplomatiyamız bunları gecə-gündüz strateji hədəf kimi qarşılarına qoymalıdırlar. Bölgədə geopolitik durum elədir ki, Azərbaycan təkcə Rusiyadan çəkinmir, eyni zamanda Türkiyədən də çəkinir. Münasibətləri Rusiya ilə korlamaq istəmirlər. Rusiyadan çəkindiyimiz üçün bu məsələlər həll olunmur. Diplomatiyanın vəzifəsi bu çəkindirici amilləri ortadan qaldırmaqdır. Biz əvvəl-axır buna getməyə məcburuq. Belə müqaviləni mütləq bağlamalıyıq. Əks halda, xoşagəlməz hallarla üzləşməliyik. Mütləq iş görülməlidir, yoxsa nəticə qazana bilmərik».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *