vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
OLAY  
19:50 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 309 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tək ayaqqabı» fırıldağı

«8-ci kilometr bazarı»nda inanılmaz oğurluq

Paytaxtın «8-ci kilometr bazarı» kimi tanınan «8-ci km bazarı»nda yeni fırıldaqçılar peyda olub. Bu barədə mətbuata məlumat verən mağaza sahibləri bildiriblər ki, fırıldaqçılar satıcıları aldadaraq, ayaqqabıların tayını oğurlayırlar.

Mağazaya yaxınlaşan qadın öncə bir ayaqqabı seçir. Daha sonra satıcıya bildirir ki, yoldaşı yeriyə bilmədiyi üçün yaxınlıqdakı avtomobildə gözləyir. Geyinib baxması üçün ondan ayaqqabının bir tayını verməsini istəyir. Satıcı bunun fırıldaq olduğunu anlamadan qadının dediyini edir. Həmin qadın daha sonra başqa mağazaya yaxınlaşaraq, eyni modelin digər tayını bu üsulla alır.

Baş verən hadisə ilə bağlı metbuat.az-a açıqlama verən «Azad İstehlakçılar Birliyi»nin sədri Eyyub Hüseynov bildirib ki, fırıldaqların hər dəfə yeni növləri əmələ gəlir: «Əvvəllər satıcılar alıcıları aldadırdı. İndi alıcılar satıcıları aldatmağa başlayıb. Satıcılar aldanmamaq üçün ayıq-sayıq olsalar yaxşıdır. Nəinki uzun müddətə, qısa müddətə belə hər hansı bir məhsulu vermək olmaz».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *