vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
20:07 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2545 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İki prezident dalaşanda...

Qazaxıstan-Qırğızstan sərhədində ləngimələr, yüzlərlə maşın növbədə gözləyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Yüzlərlə maşın növbələrə düzülüb. Sərhədi piyada keçənlər üçün də üzücü yoxlamalar var. Qazaxıstan hakimiyyəti oktyabrın 10-dan Qırğızstanla sərhədə nəzarəti kəskin şəkildə gücləndirib. Nəticədə böyük növbələr yaranıb.

Müşahidəçilərin fikrincə, bu, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qırğız həmkarı Almazbek Atambayevin kəskin tənqidinə cavabıdır. Qırğızstan prezidenti oktyabrın 9-dakı çıxışında öz ölkəsində keçirilən prezident seçkisinə Qazaxıstanın mümkün müdaxiləsinə toxunmuş, 77 yaşlı Nazarbayevin qocalığını və Qazaxıstanda korrupsiyanı vurğulamışdı.

Bundan az əvvəl isə Nazarbayev Qırğızıstanda prezidentliyə namizəd Ömürbek Babanovla görüşmüşdü. Qırğzıstanın İnsan haqları Komitəsinin məlumatına görə, sərvəti 1,5 milyard dollar olan 47 yaşlı Babanov ölkənin ən varlı adamlarından biridir.

Oktyabrın 15-də Qırğızıstan prezident seçkisidir. İndiki prezident Atambayev konstitusiyaya görə daha prezident seçilə bilməz. Babanov isə hakimiyyətin dəstəklədiyi namizəd deyil. İndi Babanovla Qazaxıstan prezidentinin görüşü Atambayevi bər qəzəbləndirib:

«Mən Nazarbayevin dediyini dətəkləyirəm ki, o, Babanovla görüşdə «Qırğızstanda gənc prezident olsa yaxşıdır», - deyib. Ancaq Qırğızstanda prezidentliyə ən yaşlı namizəd Nazarbayevdən 20 yaş cavandır. Cavan prezident Qırğızstana lazımdır yoxsa Qazaxıstana?

Hörmətli Nazarbayev deyir ki, təkcə Almatının ÜDM-u bütün Qırğızstanın ümumi məhsulundan 5 dəfə çoxdur.

Düz deyir.

Bütün Qazaxıstanın ÜDM-u Qırğızstandakından 20 dəfə çoxdur. Adamabına düşən məhsul 10 dəfə çoxdur.

Bəs, onda niyə Qazaxıstanda pensiya Qırğızstandan 10 dəfə yox, cəmi cəmi 50 faiz çoxdur? Xidmət haqları 5 dəfə yuxarıdır? Çünki Qazaxıstanın sərvətini talayırlar.

....Mən diplomat deyiləm, ola bilər artıq sözlər dedim».

Ancaq sözlər artıq deyilib. Bunun altını isə sıravi qırğızlar çəkir.

Qazaxıstanla Qırğızstan arasında ən azı 3 keçid məntəqsində nəzarət kəskinləşib. Bunlardan hər gün azı 20 min adam və 2 min maşın keçir.

Qazaxıstanın sərhəd xidmətinin yaydığı rəsmi məlumata görə, isə yoxlamanın gücləndirilməsi vaxtaşırı keçirilən adi nəzarət əmiyyatıdır.