vaxtlı-vaxtında oxuyun! Bazar, 22 oktyabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0087 AZN
Rusiya rublu 1 RUB = 0.0296 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2277 AZN
Türk lirəsi 1 TRY = 0.4644 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
20:45 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 148 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qurmanç kürdü» sözü «Wikipedia»dan niyə silindi?

Fars-molla rejimi Qərbi Azərbaycana təyin etdiyi etnik valinin tərcümeyi halı dəyişdirir...

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlıların kütləvi etirazından vahiməyə düşən rejim kürd kökənli Məhəmməd Mehdi Şəhriyarini Qərbi Azərbaycana vali təyin etdikdən sonra önləyici tədbirlərə başlayıb.

M.M.Şəhriyari, yerli əhali və azərbaycanlı millət vəkillərinin bütün etirazlarına baxmayaraq dünən Daxili İşlər Nazirliyi tərəfindən Qərbi Azərbaycana vali təyin edilib. Azərbaycanlıları qəzəbləndirən xəbər yayıldıqdan bir neçə saat sonra rejimə bağlı saytlar «Qurmanç kürdü» sözünü müxtəlif yerlərdən, o cümlədən M.M.Şəhriyarinin Wikipedia səhifəsi və tərcümeyi-halından siliblər. «Google» vasitəsi ilə axtarış apardıqdan sonra həmin ifadənin silindiyini hələ də görmək mümkündür. Lakin hazırda Wikipedia səhifəsində «Qurmanç kürdü» sözünə rast gəlinmir.

Görünür ki, rejim radikal kürdlər və PKK kimi kürd terror qruplaşmalarının dəstəklədiyi təyinatın nəticəsindən qorxur və bunun üçün də M.M.Şəhriyarinin  milli kimliyi və keçmiş ictimai-siyasi mövqeyini imkan daxilində gizli saxlamağa çalışır.

Güney Azərbaycanda qeyri-rəsmi mənbələr əhalinin Urmiyə hava limanı və Valilik binasının qarşısında toplaşa biləcəyini qeyd edirlər. Bir sıra siyasi təhlilçilər isə bunu uğursuz təyinat adlandıraraq M.M.Şəhriyarinin bəlkə də 6 ay vali postunda qalmayacağını bildirirlər. Onların fikrinə görə, bu təyinatdan sonra Həsən Ruhani hakimiyyəti azərbaycanlıların böyük əksəriyyətinin dəstəyini itirəcək.

53 yaşlı M.M.Şəhriyari Şimali Xorasan Əyalətinin Manə və Semelqan şəhərindəndir, o Qurmanç kürdüdür.

Bundan öncə Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur ilamlı kürd Fridun Hümmətinin Qərbi Azərbaycanın vali postuna təkliflərlə bağlı belə xəbərdarlıq etmişdir: «Mən bir çox səlahiyyətli şəxslər, o cümlədən Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasında olanlara sözügedən təyinatın ağır nəticələri ilə bağlı xəbərdarlıq etmişəm. Mən də daxil olmaqla Azərbaycan əhalisi belə bir qərarla razılaşa bilməz. Azərbaycanın Bakirilər kimi aslan övladları var, bizim yerli olmayan şəxslərə heç bir ehtiyacımız yoxdur», - deyə o vurğulamışdır.

Qeyd edək ki, İran rejimi və terrorçu kürd qruplaşmaları Qərbi Azərbaycanı tədricən kürdləşdirməklə bölgənin demoqrafik tərkibini dəyişdirməyə çalışırlar. Bu cəhətdən rejimin planından xəbərdar olan Azərbaycan türkləri bölgədə keçirilən seçkilər və önəmli postlara təyinatla bağlı xüsusi həssaslıq göstərirlər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *