vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ENERGETİKA  
21:15 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2445 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sanksiyalar tətbiq olunacağından xəbərdar idim»

Vahid Ələkbərov: «Neftin qiymətinin 100 dollara qayıtmasını istəmirəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Anti-Rusiya sanksiyaları hələ 10 il qüvvədə qala bilər. Şirkətimin strateji planı məhz bu dövrə hesablanıb». APA TV-nin məlumatına görə, bu fikirləri «LUKoil» şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov «Financial Times» qəzetinə müsahibəsində səsləndirib.

Bununla da «Forbes» jurnalının siyahısında varidatına görə ölkəsində altıncı yeri tutan V.Ələkbərov Qərbin Rusiyaya qarşı sanksiyalarının ləğvi prosesinin son dərəcə çətin olacağına işarə vurub.

V.Ələkbərov Ukrayna hadisələrinə toxunaraq, o ərəfədə Vaşinqtonda həmin məsələ ilə məşğul olan məmurun ona sanksiyalar barədə xəbərdarlıq etdiyini də xatırladıb: «O mənə dedi ki, ölkənizin bu istiqamətdə atacağı addımlar cavabsız qalmayacaq. Mən də cavabımda dedim  ki, ölkəm sizi heç vaxt işsiz qoymaz».

«LUKoil» prezidenti neftin qiymətləri barədə də danışaraq, göstəricinin 1 barel üçün 100 dollar səviyyəsinə qayıtmasını istəmədiyini qeyd edib: «Biz istəyirik ki, ən azından növbəti 10 il üçün qiymətlər 55-60 dollar səviyyəsində qalsın. Bu fakt həm hasilatçılar, həm də idxalçıların ürəyincədir».