vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
21:26 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2412 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tillerson Ankaraya səsləndi

«Saxlanılan diplomatların günahını sübut edin!»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ dövlət katibi Reks Tillersonla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Dövlət Departamentinin rəhbəri Türkiyə hakimiyyətindən amerikalı diplomatlara qarşı ittihamların sübut olunmasını tələb edib.

Dövlət Departamentinin nümayəndəsi Hizer Nauret bundan sonra diplomatların yaşanan böhranın yoluna qoyulması üçün birgə araşdırma aparılması barədə razılığa gəldiklərini deyib.

Xatırladaq ki, bir neçə gün öncə İstanbulda ABŞ konsulluğunun iki əməkdaşı saxlanılıb. Onlar Türkiyədə dövlət çevrilişinə rəhbərlik etmiş FETÖ lideri Fətulla Gülənlə əlaqədə təqsirləndirilir. Baş verən hadisədən sonra ABŞ Türkiyə vətəndaşlarına viza verilməsi prosesini dayandırıb. Bundan sonra isə Ankara da qarşı tərəfə cavab olaraq eyni addımı atıb.

Bu arada iki ölkə arasında yaşanan diplomatik narazılığın hərbi sahədə əməkdaşlığa mənfi təsir etmədiyi vurğulanıb. Bunu Pentaqon rəhbəri Ceyms Mettis bildirib.