vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
23:24 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2356 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ankaradan Kiyevə böyük dəstək

Türkiyə öz limanlarını Krımdan olan gəmilər üçün bağladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Krımdan olan gəmilərin Türkiyə limanlarına girişi qadağan edilib. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu haqda «Facebook»da Limanlar Baş İdarəsinin mətbuat katibi Larisa Sarqan xəbər paylaşıb.

Onun yazdığına görə, 6 oktyabrda Türkiyə Gəmiçilik Palatasının rəhbərliyi öz dəniz daşıyıcılarına və limanların rəislərinə məktub göndərərək ölkənin xarici siyasətini nəzərə almaqla müvafiq tədbirlər görmələrini tələb edib.

«Türk limanlarına, dəniz agentlərinə, operatorlara və gəmi sahiblərinə rəsmən bildirilib ki, Krımdan və onun limanlarından gələn gəmilər Türkiyəyə buraxılmır, həmçinin onların bu regionun limanlarından yola düşmələrinə icazə verilmir», - Sarqan bildirib.

Bu qaydalar istisnasız olaraq bütün gəmilərə - onların sahiblərinə, ölkələrin bayraqlarına və yüklərinə baxmayaraq hamıya şamil edilir.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Pyotr Poroşenko ilə Kiyevdə birgə keçirdiyi brifinqdə ölkəsinin Krımın ilhaq ediılməsini tanımadığını bildirib: «Türkiyə əvvəlki kimi Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və Krımın Rusiya tərəfindən ilhaq edilməsini tanımır».

Ərdoğan onu da vurğulayıb ki, «Türkiyə Krım əhalisinin hüquqlarının qorunması üzrə addımlarını koordinasiya etməkdə davam edir».