vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
23:48 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2716 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Barselona» «Nou Kamp»ı satır

200 milyon qiymət qoyulub

MÖVZU İLƏ ƏLAQƏLİ

«Barselona»nın ev oyunlarını keçirdiyi «Nou Kamp» stadionuyla bağlı planları var. VAXT.AZ xəbər verir ki, Kataloniya təmsilçisi 2021/22-ci il mövsümünün sonunda arenanın tutumunu 105 minə çıxarmağı planlaşdırır. Bundan əlavə, stadiondakı VİP lojada yerlərin sayının artırılması və arenanın üstünün yeni örtüklə bağlanması da plana daxildi.

İspaniyanın «Sport» nəşrində yer alan xəbərə görə, «Barsa» uzun illərdən sonra ilk dəfə «Nou Kamp» stadionunun adını dəyişməyi də planlaşdırır. Belə ki, stadionun adınının 200 milyon avro qarşılığında sponsorlardan birinə satılması nəzərdə tutulub.

Xatırladaq ki, son illərdə stadionların adının sponsorlara satılması geniş yayılıb. İngiltərə Premyer Liqa klublarından 20-dən 8-i bu cür addım atıb.