vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
10:41 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2267 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zəncanda türk dili kursları açıldı

«Türk Dil Ocağı» payız kursları təşkil edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Zəncan (Zəngan) şəhərində fəaliyyət göstərən «Türk Dil Ocağı» türk dili və ədəbiyyatı üzrə payız kursları təşkil edib.

Bu barədə «İşraq» ədəbi dərnəyinin rəisi Əli Əsğər Ocaqlu bu gün «Fars» xəbər agentliyinin müxbiri ilə danışıqda məlumat verib. O bildirib ki, «İşraq» və «Qızıl özən» ədəbi dərnəklərinin əməkdaşlığı ilə müxtəlif fəsillərdə türk dili və ədəbiyyatı kursları təşkil olunur.

«Dil bilgisi, nəsr, kitab oxuma, Nəsimi oxuma, ədəbi tənqid, hekayə və şeir siniflərindən ibarət olan layihə oktyabrın 14-dən Zəncan şəhərinin İmam Mədəniyyət Mərkəzinin şeir otağında fəaliyyətə başlayacaq. Siniflər bütün əhaliyə açıq və pulsuzdur», - deyə Əli Əsğər Ocaqlu bildirib.

Həmid Bayat, Əli Məhəmməd Bəyani, Əli Əsğər Ocaqlu, Səid Yaqubi Fərd və Rəsul Qəmbəri kursların müəllimləri olaraq fəaliyyət göstərirlər.

Zəncan Əyaləti Güney Azərbaycanın önəmli mədəniyyət mərkəzlərindən bidir. Fars şovinizminin assimilyasiyon siyasətinin hədəfində olan Zəncan Əyalətində türk dili və ədəbiyyatı və milli kimliyimizə böyük maraq var. Azərbaycan Milli Hərəkatının çox sayda tanınmış fəalı məhz bu Əyalətdəndir.