vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
16:42 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2032 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vəsait əsas şərtdir»

«Bu pulla Urmiya gölünü xilas etmək olmaz»

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiyanın İran parlamentindəki millət vəkili Hadi Bahaduri hökumətin Urmu gölü böhranına laqeyd yanaşdığını deyib. O bu barədə «Təsnim» xəbər agentliyinə danışıb.

«Dövlət ötən il Urmiya gölünün canlandırılması üçün olduqca az məbləğdə vəsait ödədi. Bu məbləğ Urmiya Gölünü Bərpa Mərkəzi üçün nəzərdə tutulan büdcə vəsaitinin sadəcə 25 faizini təşkil edirdi. Nəticədə bir çox problem, o cümlədən bərpa layihələrinin dayandırılmasına şahid olduq.

Əgər büdcə vəsaiti ilə bağlı vəziyyət belə davam edəcəksə, o zaman gölün canlandırılması layihələri məğlubiyyətə uğrayacaq. Ona görə ki,  bu vəsaitlə nəzərdə tutulan layihələri icra etmək mümkün deyil. Urmiya gölünü bərpa etmək üçün birinci şərt vəsait məsələsidir», - deyə o vurğulayıb.

Azərbaycanlı millət vəkili büdcə vəsaitini təmin etmək üçün 3 çıxış yolu da göstərib. Onun fikrinə görə, məsələ ilə bağlı ölkənin dini liderinə müraciət etmək, Urmu gölünə yardım fondu təşkil edərək əhalidən vəsait yığmaq və ya xarici yatırımlardan istifadə etməklə maliyyə problemini aradan qaldırmaq mümkündür.

Qeyd edək ki, Urmiya Gölünü Bərpa Mərkəzinin rəsmiləri və Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipurun sözlərinə görə, hazırda Urmu gölü sulu sahəsinin 97 faizdən çoxunu itirib, vəziyyət belə davam edərsə Güney Azərbaycanda 14 milyondan çox insanın həyatı ciddi təhlükə ilə üz-üzə qalacaq.