vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
21:02 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 3042 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çarpıcı» tədqiqat

Dünyanın maliyyə rəsmiləri Vaşinqtonda

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya Bankının prezidenti Cim Yonq Kimin sözlərinə görə, məlumatların təkmilləşdirilməsi və tədqiqatların inkişaf etdirilməsi göstərir ki, əvvəlki düşüncədən fərqli olaraq təhsilə edilən sərmayə iqtisadiyyatı genişləndirməkdə daha böyük rol oynayır.

Cümə günü Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna üzv olan bir sıra ölkənin iqtisadi və siyasi vəzifəliləri Vaşinqtona toplanıb. Yonq Kim bu tədqiqatı «çarpıcı» adlandırıb.

Toplantıda qlobal iqtisadiyyatın inkişaf aspektləri, ticarət əlaqələrində ortaya çıxan narahatlıqlar və inkişafa mane ola biləcək problemlər haqqında müzakirələr aparılıb.

Kim dövlət başçılarını və maliyyə nazirlərini ticarət və enerji sahəsinə olduğu qədər insan kapitalına da sərmayə yatırmaqlarına inandıracağına ümid edir.

Dünya Bankının rəhbəri bildirib ki, o bankın dövlət başçılarını borc vermək və digər fəaliyyətlərlə məşğul ola bilsin deyə maliyyə institutları üçün pul artımına inandıracağına nikbin yanaşır.

Xatırladaq ki, Azərbaycanın maliyyə naziri Samir Şərifov da həmin toplantıda iştirak etmək üçün ABŞ-a yola düşüb.