vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
22:19 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2195 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bağdad 48 saat vaxt verdi

Bərzani Kərkükə 6 min qüvvə göndərdi, İraq ordusu ilə peşmərgə üz-üzə durub; arada cəmi 500 metr məsafə var

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq mərkəzi hakimiyyətinə bağlı ağır hərbi texnika ilə silahlanan «Haşdi Şabi» qüvvələri Kərkük şəhərinin mərkəzindən 20 km aralıda yerləşiblər. «Report» xəbər verir ki, onlar Kərkük vilayətinin qərb və cənub bölgələrində dislokasiya olunublar.

2014-cü ilin aprelində terrorçu İŞİD qruplaşması Kərkükün Havicə rayonunu və ona bağlı 4 qəsəbəni ələ keçirmişdi. Bu yaxınlarda İraq ordusu və «Haşdi Şabi» qüvvələri həmin ərazini terrorçulardan təmizləyib. Bu əməliyyatdan sonra Kərkükdə güclər nisbəti dəyişməyə başlayıb.

Kərkük-Bağdad avtomobil yolu «Haşdi Şabi» qüvvələrinin nəzarəti altındadır.

Bəzi bölgələrdə İraqın şimalındakı yerli hökumətin silahlı dəstəsi («peşmərgə») ilə bu qüvvə arasındakı məsafə 500 metrdir.

«Peşmərgə»nin 70 birliyinin komandanı Cəfər Mustafa Kərkükdə keçirdiyi toplantıdan sonra bildirib: «Atışma olmaması üçün İbadi (İraqın baş naziri Heydər əl-İbadini nəzərdə tutur – red.) və başqaları ilə danışıqlar apardıq. Savaşın olmasını istəmirik. Ancaq savaş qapımıza dayanarsa, savaşacağıq. Cənub Cəbhəsi komandanı Vesta Resul məktub yazaraq 48 saat ərzində hərbi bazalar, hava limanı və neft quyularını təhvil verməyimizi istəyib. Federal polis güclərinin bu yerlərə girəcəyini də bildirib. Biz onların istədiklərini heç vaxt etməyəcəyik. Bunu yoxlaya bilərlər».

İraqın şimalındakı yeri muxtariyyətin başçısı Məsud Barzaninin oğlu Mansur Barzani silahlanaraq ötən gün Kərkükə gedib.

Qeyd edək ki, bir müddət əvvəl İraq ordusu ilə «Haşdi Şabi» qüvvələrinin birlikdə Kərkükdəki neft quyuları və hərbi hava limanının geri qaytarılması istiqamətində əməliyyata başladıqları barədə məlumat yayılmışdı.

İraq ordusu bu xəbəri təkzib edərək əməliyyatın başlamadığını, Kərkük ətrafında bəzi araşdırmaların aparıldığını bildirib.

 

***

 

Bu arada, kürd muxtariyyəti İraq mərkəzi hakimiyyətindən yönələn təhlükənin qarşısını almaq üçün Kərkük bölgəsinə 6000 döyüşçü göndərib. Əsas məqsəd İraq hökumətinin mümkün hücum planının qarşısını almaqdır. APA TV-nin «Telegraph»a istinadən xəbərinə görə, bu açıqlamanı muxtariyyətin vitse-prezidenti Korsat Rəsul verib.

O bildirib ki, həmin əsgərlərdən bir qrupu artıq bölgədədir, qalan hissəsi isə 12 oktyabrdan etibarən göndərilməyə başlanılıb.

Bu arada İraq mərkəzi hökuməti 25 sentyabr «müstəqillik referendumu»ndan sonra Kürdüstanın təcridi prosesinə başlayıb. Baş nazir Heydər əl-Abadi isə bölgəyə hərbi, yaxud hər hansı digər üsulla müdaxilə edilməyəcəyini, sadəcə, cari tədbirlərlə kifayətlənəcəklərini açıqlayıb.

Qeyd edək ki, İraq konstitusiyasına görə, Kərkük Bağdadla muxtariyyət arasında mübahisəli ərazi olaraq göstərilir. Bölgənin İŞİD terror təşkilatından təmizlənməsi prosesində peşmərgə qüvvələri Kərkük vilayətinə nəzarət etməyə başlayıb. Vilayət əhalisinin əsas hissəsini kürdlər, türkmənlər və ərəblər təşkil edir.