vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
22:57 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2094 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp Tehranın nüvə anlaşmasına riayət etdiyini təsdiqləməyəcək

«İranın zorakı, terrorçu və nüvə təhlükəsi olan yolda davam etməsinə imkan verməyəcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Ştatlar prezidenti Donald Tramp bu gün İranla nüvə sazişinə dəstəyini rəsmən geri götürdüyünü bildirib. ABŞ lideri İslam Respublikasına qarşı yeni sərt strategiya açıqlayıb. Tramp keçmişdə Barak Obamanın əldə etdiyi anlaşmanı «ən axmaq razılıq» adlandırıb və buna son qoya biləcəyini deyib.

Tramp çıxışı zamanı 2015-ci ildə Vaşinqton və digər 5 dövlətin İranla əldə etdiyi razılığın Birləşmiş Ştatların milli təhlükəsizliyinin marağında olmadığını bəyan edib.

O, Tehranın nüvə sazişinə əməl etdiyini təsdiq etməyən İrana qarşı daha sərt münasibət göstəriləcəyini deyib. Lakin ABŞ dövlət başçısı rəsmi Vaşinqtonun sazişdən çıxacağı barədə heç nə deməyib. Belə ki, Trampın son addımı anlaşmanın büsbütün ləğv edilməsi anlamına gəlmir.

«Biz İranın nəticəsi əvvəlcədən bəlli olan zorakı, terrorçu və nüvə təhlükəsi olan yolda davam etməsinə imkan verməyəcəyik», Donald Tramp bildirib.

Müqavilənin 60 gün müddətinə dayandırılacağı və bu müddət ərzində Konqres razılaşmanın bir hissəsi olaraq, qaldırılan iqtisadi sanksiyaların bir qisminin və ya hamısının yenidən reallaşdırılmasına qərar verməlidir.

Respublikaçı və demokratların çoxu sanksiyaların bərpasına qarşıdır və bunun razılıği məhv edəcəyini, media xəbərlərində isə prezident Trampın Konqresi bu addımı atmağa məcbur edə biləcəyi bildirilir.

ABŞ tərəfindən sazişin təxirə salınması cəhdləri xoşagəlməz nəticələr verməklə yanaşı, Vaşinqtonun beynəlxalq təcridinə yol açmış ola bilərdi.