vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
21:29 | 14 oktyabr 2017 | Şənbə Məqaləyə 2436 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnterpolun siyahısında olub?

Fikrət Hüseynli Kiyevdən Düsseldrofa uçarkən saxlanılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Kiyevin Borispol beynəlxalq aeroportunda Almaniyaya uçarkən saxlanılan jurnalist, Avropada azərbaycanlı mühacirlərə oturum təşkil etmək üçün mütəşəkkil qrup formalaşdıran Fikrət Hüseynli ilə bağlı yeni təfərrüatlar məlum olub. Virtualaz.org xəbər verir ki, Ukraynanın Dövlət Sərhəd Xidməti Niderland vətəndaşlığı daşıyan Fikrət Hüseynlinin Kiyev-Düsseldrof reysinə qeydiyyat zamanı saxlanıldığını açıqlayıblar. Sərhəd Xidməti bu şəxsin İnterpolun məlumat bazasında axtarışda olan şəxslər siyahısında olduğunu bildirirlər. Lakin Azərbaycan tərəfdən axtarışa verilən və barələrində İnterpolun saytında məlumat yerləşdirilən şəxslər arasında Fikrət Hüseynli yer almır.

Kiyevdə istintaq təcridxanasına aparılan Fikrət Hüseynli də özünün «Facebook» səhifəsində həbsi barədə yazmağa imkan tapıb. «Onlar məni Azərbaycan sərhədini qanunsuz keçməkdə ittiham edirlər» - «Azadlıq» qəzeti və «Turan.tv» ilə əməkdaşlıq edən jurnalist bildirib. Xatırladaq ki, Fikrət Hüseynli Kiyevdə ABŞ vətəndaşı Səid Nuri ilə birlikdə olub. Onların Kiyevə gəlişinin məqsədləri məlum deyil.

 

***

 

18:35

Ukrayna sərhəd xidməti rəsmi açıqlama yayıb.

Jurnalist Fikrət Hüseynlinin İnterpol vasitəsilə axtarışda olduğu və Kiyev hava limanında saxlanıldığı təsdiqini tapıb.

Fikrət Hüseynli Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

 

***

 

13:43

Hollandiyada mühacir həyatı yaşayan «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynli Ukraynada  saxlanılıb. Virtualaz.org xəbər verir ki, bu haqda sosial şəbəkələrdə  məlumatlar yayılıb. Bildirilir ki, F.Hüseynli saxlanılarkən vaxtilə AXCP-yə bağlı «Yeni Fikir» gənclər təşkilatının üzvü olmuş və sonradan ABŞ vətəndaşlığı almış qalmaqallı persona Səid Nuri də onun yanında olub. Lakin Fikrət Hüseynlinin Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi tanınan Səid Nuri ilə Kiyevdə nə işlə məşğul olduğu məlum deyil.

F.Hüseynlinin hazırda Kiyevdə təcridxanaya aparıldığı bildirilir. S.Nuri sosial şəbəkələrdə F.Hüseynlinin Ukrayna sərhəd xidməti tərəfindən saxlanıldığını təsdiqləyib: «Məndə olan məlumata görə, onu Əfqan Muxtarlının cinayət işi üzrə saxlayıblar».

«Son üç gün idi ki, Kievdə izlənirdik.  Borispol aeroportunun sərhəd xidmətində özünü İqor kimi təqdim edən rəis müavini  bildirdi ki, onlara siyasi qalmaqal lazım deyil, mənim Ukraynada qalmağıma ehtiyac yoxdur, Fikrət isə araşdırma aparılana qədər aeroportda saxlanılacaq», - Səid  Nuri sosial şəbəkədə yazıb.

İnterpolun axtarışda olan şəxslər siyahısında Fikrət Hüseynlinin adı yoxdur. Bu səbəbdən onun saxlanılması Azərbaycan hüquq-mühafizə orqanlarının İnterpola sorğusu əsasında baş verə bilməzdi. Sosial şəbəkələrdə Fikrət Hüseynlinin tərəfdaşları yazırlar ki, onu Azərbaycan hüquq-mühafizə orqanlarının Ukrayna tərəfinə verdiyi sorğu əsasında saxlayıblar.

Qeyd edək ki, Fikrət Hüseynli Avropada azərbaycanlı mühacirlərə «sənəd düzəltmək» işi ilə məşğuldur və bu sahədə öz biznesini qurub. Bir vaxtlar onun özü də AXCP-ni mühacirət etmək istəyənlərə saxta sənədlər verməkdə ittiham etmişdi.

İ. RAFİQQIZI