«Azərbaycan özünə güvənir, ...
Tanınmış ekspert: «Sərkisyan danışıqlara getməyə məcburdur…»
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
-
“Heç vaxt belə olmamışdı”
İlham Əliyev: “İranın üç prezidenti ilə işləmişəm”
«Qarabağ münaqişəsinin nizama salınması çərçivəsindəki son proseslər ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri postuna yeni şəxsi təyin etməsi ilə bağlıdır».
Modern.az-ın məlumatına görə, bunu Ermənistanın 1in.am analitik portalına müsahibəsində Rusiyanın beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik məsələləri üzrə tanınmış eksperti Qriqori Trofimçuk bildirib.
Trofimçuk deyib ki, prezidentlər iqtisadi məsələlərlə bağlı görüşmürlər və onların bir araya gəlməsi daha əhəmiyyətli problemlərin həlli ilə əlaqədardır. Bu baxımdan görüş faktının özü olduqca əhəmiyyətlidir.
Ekspertin qənaətincə, prezidentlərin Vyana və Sankt-Peterburq görüşündə əldə olunan razılıq yerinə yetirilməyib.
«Prezidentlər bu şəraiti çox gözəl başa düşürlər. Buna görə də, cəbhədə vəziyyət qeyri-müəyyən olaraq qalır və bu səbəbdən yeni ölüm halları olur. Təəssüf ki, istər Azərbaycan, istərsə də Ermənistanın itkiləri yenə olacaq – bu, onun nəticəsidir ki, əldə olunan razılaşma reallaşdırılmayıb», – Trofimçuk belə hesab edir.
Politoloq qeyd edib ki, Azərbaycan aprel müharibəsində üstünlük əldə etdiyinə görə, Azərbaycan Ermənistana qarşı hərbi təzyiqləri həyata keçirir.
«Məlum olduğu kimi, aprel müharibəsində təmas xəttindəki ərazilərin bir hissəsi Azərbaycanın nəzarətinə keçdi. Azərbaycan hesab edir ki, üstünlük ondadır və bu şəraitlə şərtlərini diktə edə bilər. Azərbaycan özünü kifayət qədər arxayın hiss edir. Əlbəttə ki, prezidentlərin görüşünə hazırlıq çərçivəsində hüquq bərabərliyi qorunmalıdır, lakin, Azərbaycan özünə güvənir. Rəsmi Bakını təkcə danışıqların tezliyi sevindirmir. Azərbaycan həm də istəyir ki, münaqişənin nizama salınması prosesi daha sürətli olsun».
Ekspertin fikrincə, danışıqlar Ermənistana ona görə lazımdır ki, o, münaqişə zonasında əməliyyatların aparılmasını istəmir. Çünki gərginliyin artması müharibəyə gətirib çıxara bilər ki, bu da Ermənistana sərf etmir.
«Aprel müharibəsindən sonra Ermənistan üçün problem yarandı. Belə ki, Azərbaycan təzyiqi gücləndirir və özünün üstün mövqeyindən çıxış edir. Buna görə də Ermənistan danışıqlara getməyə və görüş keçirməyə məcbur edilib», - deyən Trofimçuk Ermənistan prezidenti Serj Sərkisyanın danışıqlara getməsinin səbəblərini də söyləyib.
«Ermənistan öz tələbləri haqqında konkret danışmağa məcburdur. Məncə, Ermənistan prezidenti anlayır ki, danışıqlardan imtina edərsə, regionda vəziyyət hərbi mənada kəskinləşə bilər.
İkinci səbəb isə budur ki, Ermənistan nizama salma prosesində mühüm rol oynayan Rusiyanı pis vəziyyətdə qoymaq istəmir. Ermənistan bu iki amilə əsaslanaraq danışıqlara gedir.
Əgər Ermənistan danışıqlardan imtina edərsə, bu vəziyyəti alovlandıra bilər. Bu zaman isə Azərbaycan üçün başqa addımlar atmaq əsas olacaq», - Trofimçuk əlavə edib.
Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan - oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində görüşəcəklər.
Prezidentlərin görüşü və bunun perspektivləri hazırda Azərbaycan, Rusiya və Ermənistan mətbuatında əsas siyasi müzakirə mövzusudur.