vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ENERGETİKA  
16:13 | 15 oktyabr 2017 | Bazar Məqaləyə 2217 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qiymət 57 dolları keçdi

ABŞ-da neftin hasilatı azalır

MÖVZU İLƏ ƏLAQƏLİ

Birjalarda həftənin son seanslarında xam neft bahalaşıb. APA TV-nin məlumatına görə, «Brent» nefti son bahalaşma nəticəsində 57 dolları keçib.

Bu markadan olan neft 56,60 dollardan 57,51 dollara qədər yüksəlib. «Brent" nefti son seanslarda 57,18 dollardan təklif olunub. Qərbi «Texas» nefti də 51 dollardan baha satılmağa başlayıb. «WTİ» nefti hazırda 51,41 dollardan satılır.

Ötən həftə ABŞ-da neft hasil edən quyuların sayında azalma qeydə alınıb. Beş neft quyusu istehsaldan kənarda qalmaqla, bu ölkədə fəal quyu sayı 743-ə düşüb. Bununla son altı həftədə beşinci dəfə quyu sayında azalma qeydə alınır.

ABŞ-da xam neft istehsalı da ötən həftəyə nisbətən azalıb. Amerika Neft İnstitutunun açıqlamasına görə, istehsalda gündəlik ortalama 81 min barel azalma var. Quyu sayının və istehsalın azalması qiymətlərə müsbət təsir edir. Ümumilikdə isə neft bazarında bir neçə dollarlıq ciddi bahalaşma olması qeyri-mümkün görünür.