vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BANK, BİRJA, SIĞORTA  
16:18 | 15 oktyabr 2017 | Bazar Məqaləyə 3194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünya bazarlarında qızıl bahalaşır

Azərbaycanı nə gözləyir?

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən günlərdə dünya bazarında qızılın unsiyasının qiyməti 8,40 dollar artaraq 1 297,30 dollara çatıb. Azərbaycan 30,2 ton qızıl ehtiyatı ilə dünya ölkələri arasında 54-cü yerdə qərarlaşıb. Maraqlıdır, qızıl bahalaşması az da olsa ehtiyatlardan faydalanmağa imkan verəcəkmi?

İqtisadçı Natiq Cəfərli Modern.az-a deyib ki, Azərbaycanın qızıl ehtiyatları o qədər də böyük həcmdə deyil: «Dünya sıralamasında geridəyik. Amma buna baxmayaraq, son illər ölkədə qızıl istehsalı ilə bağlı irəliləyişlər var. Bu istiqamətdə yaradılmış «AzerGold» hasilatın artırılması ilə bağlı məlumatlar yayır. Eyni zamanda, gəlirlərin artdığı bildirilir. Bu nöqteyi-nəzərdən dünya bazarında qızılın qiymətinin artması dövlət müəssisəsi olan «AzerGold»un gəlirlərinin artmasına səbəb olur ki, bu da büdcəyə vergilər şəklində ödəyəcəkləri vəsaitlərin həcminin artmasına gətirib çıxarır».

Ekspert bildirib ki, bu baxımdan dünya bazarlarında qızılın qiymətinin bahalaşması ölkəmizə müsbət təsir göstərə bilər.

«Amma dediyim kimi, ümumi hasilatın həcmi o qədər də çox deyil ki, bahalaşma zamanı ondan böyük həcmdə valyuta əldə edilsin. Hər halda istehsalın artım tempini nəzərə alsaq, dünyada qızılın bahalaşmasının Azərbaycana müsbət təsirləri olacaq».