vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
20:39 | 15 oktyabr 2017 | Bazar Məqaləyə 2196 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hibrid müharibəsində son gəlişmə

NATO Putinin cavab verməyə hazırlaşır

Vaqif HÜSEYN

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya kabusu indi həm Şərqi Avropa, həm də Skandinaviya ölkələrinin başının üstündədir. Bu qorxu onları bütün müdafiə tədbirlərini görməyə məcbur edir. Putin rejimi isə qonşularını sakitləşdirmək yerinə onları təşviş və narahat vəziyyətdə saxlamaq üçün əlindən gələni edir.

«Avqustun 30-da Latviyanın qərbində yerləşən Kurzeme şəhərində bütün mobil siqnallar yox olub, sentyabr ayında isə Norveçdə təyyarələrinin GPS siqnallarını kəsən elektron hücum həyata keçirilib. «Hər iki ölkə burada yalnız Rusiyanı günahlandırır», - «Foreign Policy» jurnalından Reyd Stendiş yazır.

Müəllif Şimali Atlantika alyansının öz üzvlərinin təhlükəsizliyini təmin etmək üçün bölgə ölkələrinə - daha dəqiqi, Polşa Litva, Latviya və Estoniyaya hər birində bir tabor olmaqla 4 döyüş qrupunu göndərdiyini yazır.

«Biz bu məsələyə münasibətimizi dəyişdirməliyik və görməliyik ki əsas problem Rusiyada deyil, elə özümümzdədir. Rusiya sadəcə bizim zəif yerlərimizdən istifadə edir» - Latviyanın müdafiə nazirliyinin nümayəndəsi müəllifə bildirib.

«Bu zəif nöqtələrimizə ilk öncə elektrik şəbəkələri və kibermüdafiənin təşkil olunmasındakı problemlər aiddir. Bundan başqa, bu dövlətlər informasiya müharibəsində Rusiya qarşısında tab gətirmirlər. Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanan və müxtəlif saytlar, sosial şəbəkələr vasitəsilə yayılan saxta məlumatlar, montajlanmış fotolar və başqa təbliğat vasitələri adları çəkilən ölkələrin cəmiyyətləri daxilində parçalanma yaratmaq üçün münbit şərait yaradır», yazıda qeyd olunur.

Müəllif Reyn Stendiş bunların arasında bir tək Finlandiyanın Rusiyanın həmlələrinə layiqli şəkildə cavab verdiyini düşünür: «Finlandiya köhnə və yeni təhdidlər qarşısında möhkəmlənmək üçün ciddi tədbirlər həyata keçirir. Bu ölkə müdafiəyə böyük pullar xərcləyir, 280 minlik ordu saxlayır və mülki müdafiə sahəsində irimiqyaslı layihələr həyata keçirir. Eyni zamanda rəsmi Helsinki müdafiə sahəsində ehtiyatlarını kazarmalar xaricində də səfərbər edə bilir. Ölkədə xalq diplomatiyası üzrə proqram işlənib hazırlanıb. Həmin proqrama əsasən dövlət məmurlarına dezinformasiya və yalan xəbərlərin cəmiyyət içində virus kimi yayılmasının qarşısının alınması öyrədilir.

Bundan başqa Finlandiya NATO ilə əlaqələrini gündən günə genişləndirir və hətta oktyabrın əvvəllərində paytaxt Helsinkidə NATO və Avropa Birliyi ilə bağlantılı olan «Hibrid təhdidlərlə mübarizə mərkəzi»ni açıb».

Müəllif Finlandiyanın rəsmi Moskvanın informasiya sahəsində təxribat xarakterli hücumlarına daha effektiv müqavimət göstərməsini bir neçə səbəbə bağlayıb. Bunların başında isə heç şübhəsiz təhsilə külli miqdarda sərmayənin qoyulması və əhalinin gəlirləri arasında fərqliliyin azaldılması gəlir. Əsas məsələ isə cəmiyyətdə özünü autsayder olaraq görən insanların sayının məhdudlaşdırılması ilə bağlı siyasətin dövlət səviyyəsində aparılmasıdır. Çünki Rusiya məhz onlardan cəmiyyət içindəki uçurumu dərinləşdirmək üçün asanlıqla istifadə edir.

«Bunun üçün ölkədə nazirliklər səviyyəsində məktəblərdə media savadının artırılması ilə bağlı dərslər təşkil olunub. Bu da sadə finlərə Kremlin «Sputnik» kimi yalan və fitnə xəbər yayan, habelə təbliğat məqsədli saytları sezməyə yardım edir», - məqalədə qeyd olunub.

Stendiş bunun sayəsində sözügedən saytın fin dilində xəbər yayan bürosunun az oxucu kütləsinə malik olması səbəbindən öz-özünü qapatdığını vurğulayır.