vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
10:25 | 16 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kərkükdə ara qarışdı

İraq ordusu hücuma keçdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Kərkükdə İraq hərbçiləri və «peşmərgə» kürd silahlı dəstələri arasında toqquşma baş verib. APA-nın «RT»-yə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Kürdüstanının Təhlükəsizlik Şurası məlumat yayıb.

Məlumata əsasən, qarşıdurma Kərkuk vilayətinin sənaye zonasında qeydə alınıb. Həmçinin vilayətin cənub bölgəsində tərəflər arasında artilleriya atışması baş verib. İtki barədə məlumat verilmir. Bundan əvvəl İraq ordusunun peşmərgə dəstələrinin nəzarəti altında olan ərazilərə daxil olması barədə məlumat yayılıb.

Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92 faizindən çoxu kürd muxtariyyətinin İraqdan ayrılmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib. Kərkük və kürd muxtariyyətinə bitişik bir sıra digər bölgələrə «peşmərgə» dəstələri nəzarət edir.