vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
10:48 | 16 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2475 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təəssüf ki, ustalarımız ...»

İsmayıllıdakı velosiped zavodu Gürcüstandan iri sifariş alıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Qafqazdakı yeganə velosiped zavodu olan «Isma Bikes» iki ay əvvəl Batumidən (Gürcüstan) dağ turizmi üçün 10 min ədəd velosiped sifarişi alıb. Bunu jurnalistlərə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyib.

M.Sadıqov İsmayıllıya gələn turistlərin sayının artdığını da deyib: «Lahıc qəsəbəsinə gələn turistlərin sayı artıb. Rəsmi statistikaya görə, bu il turistlərin sayı 33 min nəfərdir. Amma rayon Statistika İnformasiya İdarəsinin məlumatında isə bu rəqəm 83 min olaraq göstərilib».

İcra başçısı qeyd edib ki, Lahıcda əhalinin azalmaması naminə onların məşğulluğu üçün imkanlar yaratmaq lazımdır: «Əgər desələr, Lahıcda ticarətlə məşğul olanlar zəif dolanır, bilin ki, yalan deyir. Əgər Lahıca gələn hər turist burada cəmi 3 manat pul xərcləsə, bu, ildə minimum 15-20 min manat deməkdir. Bunu inkişaf etdirmək üçün buranın inkişaf planı olmalıdır. Təəssüf ki, ustalarımız bu gün suvenirlər hazırlamağa keçiblər. «Tefal» qazanlar çıxandan qədim kəfkir, aşsüzən moddan düşüb. İndi qolbağa, suvenirlərə keçməklə elə bil sənətkarlıq başqa cür formalaşıb. Vaxtı ilə buranın 15-20 min əhalisi olub, indi isə 3 min nəfərə yaxındır. Cavanlar gedib Bakıda günü 15 manata fəhlə işləyir. Əgər burada gündə 10-15 manat qazansa, öz yerində qalacaq».

M.Sadıqov İsmayıllı ərazisində atçılıq turizminin inkişaf etdirilməsi üçün işlər görüldüyünü də bildirib.