vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
19:10 | 16 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2788 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cenevrə: Konstruktiv görüş…

… Yoxsa həmsədrlərin imitasiyası?

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili həmsədrlərin son bir ildəki ən böyük arzusu idi. Arzularını nəhayət ki, Cenevrədə reallaşdırdılar və görüşün nəticəsiylə bağlı yekun bəyanata belə bir cümlə əlavə etməyə nail oldular: «Görüş konstruktiv mühitdə keçdi». Böyük ehtimalla həmsədrlər bəyanatın mətnini və bu cümləni görüşdən xeyli əvvəl tərəflərlə razılaşdırmağa çalışıblar. Əks halda heç bir belə görüş keçirməyə cəhd etməzdilər.

Görüş konstruktiv keçdi – nə deməkdir? Yəni prezidentlər görüşlərini davam etdirməyə razılaşdılar. Bu proses onsuz da davam edirdi. Prezidentlər ildə ən azı bir dəfə görüşürlər, ötən il hətta aprel döyüşlərindən sonra iki dəfə görüşdülər. Bəs nəticə nə oldu? Heç nə! Torpaqlar işğal altında qalmaqda davam edir, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etmək istəmir. Cenevrə görüşündən sonra da heç nə dəyişmədi.

Ortaq bəyanatda belə bir cümlə də var: «Prezidentlər təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar». Bunun baş verməsi üçün yuxarıdakı şərt yerinə yetirilməlidir, yəni Ermənistan şifahi də olsa Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına hazırlıq ifadə etməlidir. Bu olmadıqca biz atəşkəsə niyə riayət etməliyik ki? «Təmas xətti boyunca gərginliyi azaltmaq» yolunda ən böyük addım o olardı ki, snayperlər və geniş məsafəli raket qurğuları təmas xəttindən geri çəkilərdi. Azərbaycan geri çəkirmi? Yox! Çünki masa üzərində sülhə razılaşmayan işğalçıya qarşı təzyiq davam etdirilməlidir!

Və nəhayət bəyanatın özü haqqında. Vaxtilə Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistan prezidentlərinə bu bəyanatdan dəfələrlə güclü sənədə imza atdırmışdı. Həmin sənəddə xeyli maddə var idi. Həmin sənəddəki müddəalar yerinə yetirildimi? Və ya həmin sənədi bu gün xatırlayan varmı? Eləcə də bu sənəd atəşkəsin növbəti pozuntusundan sonra yaddan çıxacaq. Həqiqi sülh sazişinin imzalanması üçün Ermənistana təzyiq edilməlir. Bu təzyiq yoxdursa, istənilən Ermənistan prezidenti sülh sazişinə, mərhələli həll planına imza atmayacaq.

Cenevrə görüşü heç olmazsa Dağlıq Qarabağdakı iki girovumuzun azad olunmasına şərait yaradardı və ra Ermənistan üzərinə öhdəlik götürərdi ki, işğal altındakı torpaqlarda bundan sonra tikinti aparmayacaq, fabrik inşa etməyəcək, köçürmə həyata keçirməyəcək. Bunlar olacaqsa Cenevrədəki görüşü tək elə buna görə müsbət adlandırmaq olacaq. Yaşayarıq, görərik...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)