«Əgər Qarabağ məsələsini siz yaratmasaydınız ...»
Qarabağda Ermənistana etiraz edən xüsusi qruplar peyda olub
İsmayıl TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin rəhbəri
MÖVZU İLƏ ƏLAQƏLİ
-
15 milyon tondan 25-ə çatdırmaq
İlham Əliyev: “Bəzi günlərdə limanda tıxaclar yaranır”
-
10858 min ton...
Birinci rübdə TRACECA ilə yükdaşımalar 6,7 faiz artıb
-
Yeni yollara ehtiyac var
Paşinyan tək Azərbaycanla yox, həm də AB və Çinlə üz-üzə qalır
-
Naxçıvan BTQ-yə qoşulur
Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək
-
“Bakı-Tiflis-Qars”ın cazibəsi
Dünyanın ən uzun dəmiryolu Azərbaycandan keçə bilər
-
“Bir kəmər, bir yol”un Azərbaycan hissəsi..
Dünyanın əməkdaşlıq xəritəsini dəyişəcək güc
-
“Planlarımız var”
Türkmənistan Bakı-Tiflis-Qars layihəsinə qoşula bilər
-
BTQ ilə taxıl nəqli
Bakı-Qars dəmir yolunda ilk dəfə hopperdən istifadə olunub
-
Tehran-Bakı dəmiryol xətti nə vaxt işə salınacaq?
İranlı rəsmi: “Bu, “Şimal-Cənub” nəqliyyat marşrutunun tərkib hissəsi olacaq”
-
Bakıdan İstanbula qatarla sərnişindaşıma gecikəcək
Səyahət ilkin mərhələdə Qarsa qədər davam edəcək
-
Bakı işğalçını yeni rəqabət müstəvisinə çəkir
Azərbaycan-Ermənistan iqtisadi savaşı dərinləşir - Qarabağ bu davanın qalibinə qalacaq
-
Gürcüstana ayrılan kreditin qalığı…
Bakı-Tiflis-Qars işə düşübsə 176 milyon manat niyə ayrılıb?!...
-
İlin əsas iqtisadi yekunu - BTQ, yeni neft kontraktı və manat...
Azərbaycanın tanınmış iqtisadçıları yola saldığımız ili dəyərləndirdilər
-
«BTQ inteqrasiyaya kömək edəcək»
ABŞ səfiri: «Azərbaycan getdikcə əhəmiyyətli tranzit mərkəzinə çevrilir»
-
Daha iki dövlət Ermənistanın izolyasiyasına qoşuldu
Özbəkistan və Hindistan yanvardan yüklərini BTQ və «Şimal-Cənub» nəqliyyat dəhlizi ilə daşımaq qərarı verdi
-
Ərdoğan Soçidən niyə nəticəsiz döndü?...
Azərbaycanın indiyədək yazılarda oxuduğumuz böyük geosiyasi önəmi hazırda reallığa çevrilir
Artıq Cənubi Qafqazda son illərin ən böyük nəqliyyat biznes layihələrindən biri hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolunun işə başlamasına sayılı günlər qalır. Dəmir yolu ildə 17 milyon ton həcmində yükdaşıma və 1 milyondan artıq sərnişindaşıma gücünə malikdir.
İlkin mərhələdə yükdaşıma həcmi 7 milyon ton olmalıdır. Aydın məsələdir ki, dəmir yolu öz mahiyyətinə görə təkcə biznes layihəsi deyil, həm də siyasi layihədir.
Bildiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistan bu möhtəşəm layihədə iştirak etmir. Cənubi Qafqazın iki qonşu dövlətinin – Azərbaycan və Gürcüstanın dəmir yolu qovşağından birgə istifadə edəcəyi hər kəsə məlumdur. Bundan başqa, dəmir yolunun Gürcüstandan Qarsa tərəf gedən hissəsi ermənilərin kompakt yaşadığı Axalkalaki (Axırkələk)rayonu ərazisindən keçir.
Belə olan halda, burada nələrin gözləniləcəyi və baş verəcəyi barədə qısaca analiz aparaq. Təbii ki, Gürcüstanda yaşayan ermənilər də istər-istəməz bu yoldan istifadə edəcəklər.
Əgər indiyədək Axalkalaki erməniləri əsas iqtisadi əlaqələrini Ermənistanın şimalında olan Şirak (Ağbaba- Şörəyəl) bölgəsi ilə yaradırdılarsa, indi bu əlaqələri Qars vilayəti ilə, yəni Türkiyənin şərq bölgəsi ilə yaratmağa üstünlük verəcəklər. Bu isə, iqtisadi cəhətdən daha çox əziyyət çəkən Ermənistana və onun şimalında yerləşən Şirak bölgəsinə növbəti iqtisadi zərbə olacaq. Bununla da Ermənistan Türkiyə ilə sərhədlərin açılması barədə son ümidlərini də itirəcək.
Amma son günlərin erməni mətbuatında heç də Azərbaycanın xeyrinə olmayan, özləri üçün daha nikbin fikirlərin söylənməsi vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Yəni bəzi erməni siyasətçiləri uzun müddət sakitlikdən sonra fikirlərini belə ifadə edirlər ki, Axalkalaki erməniləri vasitəsilə Ermənistan da öz yüklərini Türkiyə vasitəsilə Avropaya çatdira bilər. Bu yol Gürcüstanın Batumi yolundan dəfələrlə yaxındır. Ermənilər düşünürlər ki: «Bu dəmir yolunun açılması elə bir növ Ermənistan ilə Türkiyə sərhədlərinin açılması deməkdir. Çünki, Axalkalaki erməniləri vasitəsilə Ermənistan da öz yüklərini Türkiyə ərazisindən Avropaya çatdira bilər. Bu yol Gürcüstanın Batumi yolundan bir neçə dəfə yaxındır və Gümrü-Qars dəmir yolu ilə müqayisədə cəmi 40-50 kilometr fərqlidir».
Bütün bunların reallaşması hələlik bir ehtimal olsa da Azərbaycan aparıcı qüvvə kimi ermənilərin bu fikrinə qarşı prinsipial və qətiyyətli addımlar atmağa hazır olmalıdır.
Dəmir yolunun Qarabağ münaqişəsinə təsiri məsələsinə gəlincə, onu demək lazımdır ki, son zamanlar Qarabağın erməni əhalisi arasında da müəyyən qruplar yaranıb. O qruplar ki, onların Ermənistan hakim dairələrinə və yerli rəhbərliyə qarşı narazılıqları açıq-aşkar artmaqdadır. Bu narazılıqlara Ermənistan mətbuatında da tez-tez rast gəlmək olar.
Modern.az-ın məlumatına görə, Ermənistanın ən populyar «Hraparak» qəzetinin müxbiri Edik Andreasyan «Qarabağlıların minnətindən Allah uzaq eləsin» başlıqlı məqaləsində (http://hraparak.am/?p=143014&l=am/xarabaxcu+munatic+astvac+heru) qeyd edib ki, Qarabağda xüsusi qruplar peyda olub.
Onlar Ermənistan qarşısında minnət qoyurlar ki, «Əgər Qarabağ məsələsini siz yaratmasaydınız biz Azərbaycanın bütün neft gəlirlərindən, Bakı-Ceyhan qaz kəmərindən və Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istədiyimiz kimi faydalanmış olardıq».
Yəqin ki, Bakı-Tiflis-Qars dəmir yolunun işə başlamasından sonra da Qarabağda sağlam düşüncəli qüvvələrin sayı getdikcə artacaq və onlar separatçı soydaşlarının hələ də səhv yolda olduqlarını təsdiqləyəcəklər.
Bir sözlə, sonda belə qənaətə gəlmək olar ki, dəmir yolu layihəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də öz müsbət təsirini göstərməklə yanaşı, həm də Cənubi Qafqazda ümumi iqtisadi məkanın yaranmasına da səbəb olacaq.