vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
16:46 | 18 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2387 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dəniz Baykal ölüm ayağında

Prezident Ərdoğan məşhur cərrahı Ankaraya göndərib

Turan ORUC

MÖVZU İLƏ ƏLAQƏLİ

Ankara Universitetinin İbn Sina xəstəxanasında müalicə alan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın ölümü ilə bağlı xəbərlər yayılıb.

3-cü dəfə əməliyyat olunan Dəniz Baykalın beyin ölümü keçirdiyi bildirilib. Bununla bağlı Türkiyənin «Habertürk» qəzetinin yazarı Sevilay Yılmaz iddia irəli sürüb.

Türkiyə prezidenti R.T.Ərdoğanın D.Baykalın vəziyyətindən xəbər tutan kimi məşhur cərrah professor Uğur Türəni Ankaraya gətirdiyi məlum olub. Səhiyyə naziri də D.Baykalın durumu haqqında çıxış edib: «Hazırda oyanmayıb. D.Baykalın vəziyyəti tərəfimizdən ciddi şəkildə təqib edilir».

Keçirdiyi krizin ardından İbn Sina xəstəxanasına yerləşdirilən D.Baykal dünən 3-cü dəfə əməliyyat edilib.

D.Baykalın vəziyyəti ilə bağlı Ankara Universitetinin rektoru da fikirlərini bildirib: «Dəniz bəydə çox təəssüf ki, qanama get-gedə artır. Tənəffüsü üçün yardımlar göstərilir. Beyni qapalı olaraq hələ də yatılı vəziyyətdədir. Bu, çox ciddi bur durumdur. Həyatı təhlükəsi də hər an üçün gözləniləndir».

Varşavadan səfərdən dönən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dəniz Baykalın vəziyyətini öyrənmək üçün xəstəxanaya zəng edib. D.Baykalın vəziyyətinin yaxşı olmadığını öyrənən Türkiyə prezidenti dərhal məsələyə əl qoyub.

Ərdoğanın göstərişi ilə məşhur beyin cərrahı Türkiyə prezidentinin təyyarəsi ilə Ankaraya gətirilib. Məşhur cərrah ilə birlikdə Dəniz Baykalın əməliyyatına və müayinəsinə Türkiyənin Yeditəpə Universitetinin şöbə müdiri də qatılıb.

D.Baykalın beyin ölümünün hələ gerçəkləşmədiyini, onun vəziyyətini şəxsən izlədiyini deyən Uğur Türə sonuna qədər millət vəkilinin durumunu nəzarətdə saxlayacağını vurğulayıb.

 

Uğur Türe kimdir?

 

1963-cü ildə Türkiyənin Ordu şəhərində anadan olub.

1980-cı ildə Ankara, Bahçelievler Deneme litseyindən məzun olub.

1987-ci ildə Hacettəpə Universitetinin məzunu olandan sonra Kızılörən bölgəsində bir səhiyyə mərkəzində işləyib.

1987-1992-ci illərdə isə Şişli Etfaf Xəstəxanasında çalışıb.

1990-1993-ci illərdə İsveçrədə «University of Zurich» Xəstəxanasında, 1995-1997-ci illərdə isə «University of Arkansas for Medical Scienses» Xəstəxanasında çalışıb.

1997-ci ildə isə Mərmərə Universitetində neyrocərrahiyə üzrə köməkçi dosent olaraq çalışıb.

2003-cü ildən bu günə kimi isə Yeditəpə Universitetində Nevrocərrahiyə üzrə mütəxəssis olaraq çalışır.