vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
TOP OYUNLARI  
23:56 | 18 oktyabr 2017 | Çərşənbə Məqaləyə 1392 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Telefonda pul söhbəti etməzlər»

Prosineçki bu gün millimizdən ayrılır...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Prosineçki danışıqları menecerlər vasitəsilə aparmağı xoşlamır, rəsmilərlə üz-üzə görüşməyi sevir. Hazırda «Trabzonspor»u gözləyir. Ancaq klubun bəzi nümayəndələri gözlənilmədən fikir dəyişiblər. O da buna əsəbləşib».

Bunu türkiyəli mütəxəssis Alp Çağlar deyib. «Kayserispor»da olarkən Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin köməkçisi vəzifəsində çalışmış Çağlar Türkiyə mətbuatına açıqlamasında «Trabzonspor» variantını dəyərləndirib.

O, xorvatiyalı çalışdırıcının bu gün Azərbaycan millisi ilə vidalaşacağını söyləyib: «Mövsümün əvvəlində Prosineçki ilə «Bursaspor» ilinə 1,5 milyon avro olmaqla 2 illik anlaşma əldə etmişdi. Ancaq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) onu buraxmamışdı. Baş məşqçi istəsəydi, gedə bilərdi. Ancaq pis şəkildə ayrılmaq istəmədiyi üçün «Bursaspor»a keçmədi. İndi isə Azərbaycan tərəfi ilə müqavilə müddəti bitir. Sabah (bu gün – red.) Bakıya gedib vidalaşacaq. Yığmada çalışmaq istəmir, artıq işlərini düz-qoş edib. Azərbaycandan ayrılacaq».

O, üç gün əvvəl İngiltərədə olan «Trabzonspor»un prezidenti Muharrem Ustanın xorvatiyalı üçün hərəkətə gəldiyini vurğulayıb: «Prezident İngiltərədə olan AFFA-nın səlahiyyətli nümayəndələrindən biri vasitəsilə məşqçi ilə əlaqə saxlamışdı. O, Prosineçkiyə «ayın 18-də gəl, ertəsi gün məşqə çıx, həftəsonu da oyuna», deyib. Baş məşqçi isə buna əsəbləşərək, «heç vaxt tələsik iş görmərəm, üz-üzə görüşmək lazımdı. Bunlar telefonla danışılacaq məsələ deyil», deyə bildirib. Ardından bəzi menecerlər vasitəsilə də ona təklif göndəriblər».

Alp Çağlar «bordo-mavililər»in məsələ ilə bağlı onunla da əlaqə saxladıqlarını əlavə edib: «Mənə zəng vurub, baş məşqçini razı salmağımı istədilər. Mən də Prosineçki ilə əlaqə saxlayıb, yanlış anlaşma olduğunu dedim və onu razı saldım. O, mənə «bunlar peşəkar deyillər, həvəskar davranırlar. Telefonda pul söhbəti etməzlər. Vaxt versinlər, işlərimi həll edim, ətraflı şəkildə danışıq apararıq», dedi. Bu sözləri «Trabzonspor» rəhbərliyinə çatdırdım, onlar vaxt verəcəklərini bildirdilər. Oktyabrın 19-dək gözləyəcəklər. Bəzi «Trabzonspor» rəsmiləri «Prosineçki çox pul istədi, anlaşa bilmədik», kimi açıqlamalar verirlər. Bu, doğru məlumat deyil, çünki pul məsələsi danışılmayıb. Sadəcə, klubun bəzi nümayəndələri onu istəmirlər. Ancaq prezident onu gətirməkdə israrlıdır. Hətta yanına iki sabiq «Trabzonspor»lunu qoymaq fikrindədi. Prosineçki də buna razıdır. Onun məşqçi heyətində, onsuz da, 3 nəfər var: iki xorvat və mən».

Çağlar «Trabzonspor»un bir tərəfdən də Rıza Çalımbayla danışıq apardığını söyləyib: «Məncə, Çalımbayla uğur qazana bilməzlər. Əvvəlki klublarında əcnəbilərlə problemlər yaşayıb. «Trabzonspor»da isə 14 əcnəbi var. Klub rəhbərliyi böyük səhv etmək üzrədir. Çalımbayın komandaları ilk 5-6 ayda yüksəlişə keçdikdən sonra eniş yaşayır və sona qədər belə davam edirlər. Prosineçki 3 xarici dil bilir: ispan, alman, ingilis. Oyunçularla rahat şəkildə anlaşır. «Kayserispor»da ikən futbolçusu olmuş Okay Yokuşludan onun xarakteri barədə məlumat ala bilərlər».

Prosineçkinin sabiq köməkçisi onunla maraqlanan komandaların çox olduğunu deyib: «Xorvatiya da daxil olmaqla, 5 millidən təklif alıb. Ancaq o, artıq yığma çalışdırmaq istəmir. «Kayserispor»dan pul almamış ayrılmışdı. Pulu problemə çevirən adam deyil. «Kayserispor»dan uğurlu olduğu vaxt niyə ayrıldığını söyləyim. 3 oyunçu transfer etmək istəmişdi. Amma Süleyman Hurma öz istədiklərini gətirdi, bəzilərini də göndərdi. Ardından toplanış yerini dəyişdi. Prosineçki iki dəfə istefa verdi. Bələdiyyə sədri araya girərək, onu fikrindən daşındırmışdı. Ancaq Hurmanın xasiyyəti dəyişmədiyi üçün komandadan ayrıldı. Ardından «Beşiktaş»a keçməyə çox yaxın olsa da, Ahmet Özen buna mane olmuşdu». (Apasport)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *