vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
09:09 | 18 oktyabr 2017 | Çərşənbə Məqaləyə 1709 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna deputat toxunulmazlığını ləğv edir

Poroşenko cəzasızlığa zəmanət verən üstünlüyün ləğvini istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Deputat toxunulmazlığının ləğvi və Antikorrupsiya məhkəməsinin yaradılması ölkədə korrupsiyaya qarşı mübarizənin mühüm tərkib hissəsidir. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko bəyan edib. O bildirib ki, yeni məhkəmənin yaradılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılacaq.

P.Poroşenko uzun müddətdir cəzasızlığa zəmanət verən deputat toxunulmazlığının ləğvi ilə bağlı təxirəsalınmaz qanun layihəsini artıq Ali Radaya təqdim etdiyini də bildirib.

Xatırladaq ki, bu gün bir neçə min insan Ukrayna Ali Radasının binası yanında etiraz aksiyası keçirib. Onlar deputat toxunulmazlığınının ləğvini, seçki qanunvericiliyini dəyişdirməyi, həmçinin korrupsiyaya qarşı məhkəmə yaratmağı tələb ediblər.

Onu da qeyd edək ki, Odessanın keçmiş qubernatoru və yeni RUX hərəkatının lideri Mixail Saakaşvili mitinqdə Ukrayna prezidenti Petro Poroşenkoya istefaya getməyi məsləhət görüb.