vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
10:51 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2583 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-dan BMT-yə Suriya çağırışı

BTM-in müddəti daha bir il uzadıla bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Ştatlar BMT-nin Təhlükəsizlik Şurasını çağırır ki, Suriyada kimyəvi silah hücumları üçün kimin məsuliyyət daşıdığını müəyyənləşdirməli olan təftiş komissiyasının səlahiyyətini uzatmaqdan ötrü təcili səsvermə keçirsin. Bu, Rusiyayla qarşıdurmanın dərinləşməsi deməkdir.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli oktyabrın 18-də deyib ki, Birgə Təhqiqat Mexanizminin (BTM) fəaliyyətini daha bir il uzadacaq qətnamə hazırlayıb. Qrup oktyabrın 26-dək hesabatını təqdim edəcək və səfir həmin tarixdən öncə qrupun səlahiyyət müddətini uzatmağa çağırıb.

BTM bu ilin aprelində Xan-Şeyxunda 90 nəfərin ölümünə səbəb olmuş sarin qazı hücumuna görə kimin məsuliyyət daşıdığını araşdırır.

Rusiyanın səfiri Mixail Ulyanovsa ötən həftə bildirib ki, Rusiya inspektorların mandatını uzatmamışdan hesabatı görmək istəyir.