vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 1.9983 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2653 AZN
Türk lirəsi 1 TRY = 0.4424 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
DİGƏR NÖVLƏR  
11:11 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 370 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

QNET Formula-Reno pilotuna sponsorluq edəcək

Şirkət Pavan Ravişankarla müqavilə imzaladı ®

MÖVZU İLƏ ƏLAQƏLİ

QNET şirkəti Formula-Reno pilotu Pavan Ravişankarın sponsoru oldu. QNET şirkəti profesional idmanda növbəti sponsorluğa imza atdı. Sinqapurlu yarışçı Pavan Ravişankar artıq QNET-in dəstəyi ilə zirvələrə üz tutur.

Ən möhtəşəmi «Mançestr Siti» futbol klubu ilə partnyorluq razılaşmasına imza atmaqla, QNET şirkətinin idman aləmində sponsorluq fəaliyyəti geniş vüsət almağa başlayıb. Gənc yarışçı Pavana dəstək olmaqda əsas məqsəd onun çempionluq arzusunu reallaşdırmaqdır. QNET şirkəti inanır ki, fədakarlıq, zəhmətkeşlik və sədaqət bütün məqsədləri reallaşdıracaq.

Pavan karyerasına çox gənc yaşlarında başlamışdır və indi 18 yaşlı gənc artıq 12 raundluq Asia Formula-Reno-da iştirak edəcək. Qeyd edək ki, bu yarış Çin, Cənubi Koreya və Tailand traslarında keçirilir. Qalib gələn Avropa Formula-Renosunda iştrak etmək imkanı qazanır.

«QNET-lə əməkdaşlıq etmək mənim üçün böyük şərəfdir. Bu həqiqətən də məni həvəsləndirən və motivasiya edən böyük bir fürsətdir. Belə möhtəşəm şirkətin məni dəstəkləməsi həqiqətən insanı qanadlandırır», - deyə Pavan qeyd edib.

O, uşaqlıqdan Formula-1 ulduzu Lyuis Xemiltona pərəstiş edir və fanatik olaraq bu ingiltərəlinin həyatını öyrənirdi. İndi isə QNET-in dəstəyi vasitəsilə bir çox qapılar Pavanın üzünə açılmışdır. İlk böyük məqsəd – böyük Avropa çempionatı FİA F3-dür.

Pavan 11 yaşından yerli və beynəlxalq yarışlarda iştrak edir. Ötən il keçirilən yarışlardan birində Pavan yüksək kateqoriyadan 11 yarışçını geridə qoyub. Bu yarışda əsas məqsəd «X30 Challenge Singapore» 2016 çempionatında iştirak etmək hüququnu qazanmaq idi. Yarış «KK1 Karting Circuit» adı altında Karanci şəhərində keçirilirdi. Sözügedən yarışa Beynəlxalq Avtomobil Federasiyası tərəfindən ilk dəfə icazə verilmişdir. Hal-hazırda Pavanın Asia Formula-Renosunda bir neçə nailiyyətləri vardır, hətta debüt yarışında 4-cü yeri tutmuşdur.

Trevor Kuna qeyd edir: «Biz idman sahəsində birbaşa iştirakımızla QNET şirkətinin uğurlarını və insan iradəsinin ağır sınaqlar üzərində qələbəsini vurğulayırıq. Pavan bu qələbələrin bariz nümunəsidir. Onun yarışçı karyerası məhz birbaşa satış sahəsinin emosiyalarını və drayvını əks etdirir.»

 

QNET haqqında qısa arayış

 

Asiyanın birbaşa və elektron satış üzrə nəhəng şirkəti olan QNET 100-dən çox ölkədə fəaliyyət göstərən müstəqil nümayəndələr adlandırdığı distribüterlərini onlayn satış platforması vasitəsilə müxtəlif növ məhsullarla təmin edir. 25 ölkədə şirkətin ofis və agentliyi var.

QNET Malayziya, Sinqapur, Filippin və İndoneziyanın Birbaşa Satış Assosiasiyasının üzvüdür. Bundan əlavə, o, həmçinin Hon-Konq Sağlam Qida Assosiasiyası və Sinqapurun Ləvazimatlar Sənayesi Assosiasiyası kimi müəssisələr arasında özünə məxsus yer tutur.

QNET bütün dünyada idman sahəsində sponsurluğu ilə fəaldır. Bu idman növlərinə daxildir: Futbol, Formula 1, badminton və s. QNET deyir ki, adrenalin, sürət və komanda işi onun fəalliyətini əks etdirir. Bu yaxınlarda «Mançestr Siti» (Manchester City Football Club) futbol klubu ilə yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır. Daha ətraflı informasiya üçün QNET-in veb-saytına müraciət edə bilərsiniz www.qnet.net.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *