vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
12:46 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Urmiya gölü rejim üçün prioritet deyil»

Məhəmməd İsmayıl Səidi: «İran cəmiyyəti Trampın «Ərəb Körfəzi» ifadəsinə daha çox həssasdır, nəinki təbii fəlakətə»

Əlirza QULUNCU

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Azərbaycanında fəaliyyət göstərən yerli jurnalistlər və türk fəallardan sonra, artıq yerli siyasətçilər və millət vəkilləri də Həsən Ruhaninin Urmiya gölü böhranına dair siyasətini sərt şəkildə tənqid edirlər.

İranın xəbər agentliklərinin məlumatına görə, Urmiya gölünü bərpası üçün lazımi büdcə vəsaiti əlaqədar dövlət qurumları tərəfindən təmin edilməməkdədir.

Urmiya gölünün durumu keçən illərə görə daha da pisləşib. Bunun səbəbi isə, Proqram və Büdcə Təşkilatının lazımi vəsaiti təmin etməməsidir.

«Mehr» agentliyinə danışan Təbriz millət vəkili Məhəmməd İsmayıl Səidinin sözlərinə görə, bu, Urmiya gölü məsələsinin artıq hökumət üçün bir prioritet olmadığını göstərir.

Cənab Səidinin dediklərinə görə, «Urmiya gölünün durumu keçən illərə görə daha da pisləşib. Bunun səbəbi isə, Proqram və Büdcə Təşkilatının lazımi vəsaiti təmin etməməsidir... Şərqi Azərbaycan və Qərbi Azərbaycan millət vəkilləri bu istiqamətdə şifahı və yazılı etirazlarını irəli sürmüşlər. Amma Proqram və Büdcə Təşkilatının ilk və son cavabı bu olub ki, vəsaitimiz yoxdur».

«Bu yəni, Urmiya gölü bu hökumət üçün prioritet deyil», deyə millət vəkili ifadə edib.

İranın Azərbaycanının digər millət vəkilləri də, xüsusilə Təbriz və Urmiya şəhərinin deputatları Urmiya gölünün canlandırılmasına dair verilən vədlərin yerinə yetirilməməsini tənqid edirlər.

Ən sərt tənqidlər Həsən Ruhaniyə rəqib olan siyasi qanadlara mənsub deputatlar tərəfindən səsləndirilir.

Urmiya gölü məsələsi, türk dilində təhsil tələbi ilə bərabər daimi şəkildə İran Azərbaycanında ictimai fəallar, yerli qəzetlər və sosial medianın gündəmində olur.

İran mədəni toplumu ABŞ prezidentinin dilə gətirdiyi «Ərəb Körfəzi» ifadəsinə göstərdiyi həssaslığı, bu günə qədər milyonlar insanın həyatını təhdid edən Urmiya gölü böhranına göstərməyib.

Türk fəallar Urmiya gölü böhranı ilə bağlı sadəcə hakimiyyəti deyil ölkə daxili və xaricində fəaliyyət göstərən iranlı jurnalistlər və mədəni fəalların mövqeyini də tənqid edirlər.

Sosial mediada bir çox istifadəçinin paylaşdığı tənqidlərin birində bu sözlərə yer verilib: «İran mədəni toplumu Amerika prezidentinin dilə gətirdiyi Ərəb Körfəzi ifadəsinə göstərdiyi həssaslığı, bu günə qədər milyonlar insanın həyatını təhdid edən Urmiya gölü böhranına göstərməmişdir».

Ekoloji ekspertləri o cümlədən, əlaqədar dövlət qurumlarında çalışan ekspertlərin ifadələrinə istinadən, Urmiya gölünə axan çayların üzərində dövlət tərəfindən tikilən 70-dən artıq bənd gölün qurumasına yol verən əsas amil olub.