Avropanın «xınalı kəkliyi» - Şreder
Moskvanın dəstəyi ilə vəzifə alan sabiq kanslerə münasibət mənfidir, amma...
Həmid HERİSÇİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
13 ildən sonra ilk
Gəlirlər artsa da büdcədə kəsir əmələ gəlib
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Afrika ölkəsi Almaniyanı hədələdi
Botsvana prezidenti Berlinə 20 min fil göndərəcəklərini deyib
-
“Demokratiya təhlükədə”
Almaniya daxili kəşfiyyatının rəsmisi ifadə azadlığının qorxunc həddə çatdığını deyir
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
44 rəqəmi qadağan olundu?
“Adidas” alternativ dizayn söz verib
-
Ayda 50 qram
Almaniya marixuananı leqallaşdırır
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
«Avropa İttifaqı unutmamalıdır-Türkiyə ilə Rusiyanın Avropaya qarşı alternativi var-bu, Çindir. Biz öz düşünülməmiş hərəkətlərimizlə hər üç ölkəni birliyə sürükləyirik. Halbuki aramızda əməkdaşlıq üçün geniş şərait var. Türkiyəsiz, Rusiyasız Avropa qitəsində stabillik yaranmayacaq. Aramızdakı iqtisadi əməkdaşlığı dərinləşdirməliyik» - bu acı etirafı Almaniyanın sabiq kansleri (1998-2005) Gerhard Şreder «Die Welt»ə verdiyi müsahibəsində söyləyib.
Müsahibəsində o, Avropa İttifaqının «Rostneft» şirkətinə qarşı sanksiyaları mövzusuna da toxunub: «İqtisadi əməkdaşlıq bütün düyünləri açan sehrli çubuqdur» deyərək, Almaniya siyasətçilərinin ünvanına söylədiyi tənqidləri qulaqardına vurub.
Qerxard Şreder indiki Avropada ən «bərkgedən» Rusiya yanlısı kimi tanınır həm də. 2005-ci ildə məhz o, Putinlə danışıqlardan sonra Şimali Avropa Qaz Kəməri layihəsi altına öz mübarək imzasını qoyub. Sonra bu şirkətin səhmdar şöbəsinə - «North European Gas Pipeline Company»yə sədr təyin olunub Moskva səhmdarları tərəfindən. Birinci qərarı o, Almaniya kansleri kimi imzalayıb. İkinci qərarı istefaya getdikdən sonra, adi təqaüdçü kimi. Təbii, bu, çoxsaylı suallarla qarşılanıb Almaniya mətbuatı, ictimaiyyəti tərəfindən. Qido Vestervelle-tanınmış alman siyasətçisi, «rüşvət xortumu» adını verib bütün bunlara. Məhkəmələrin diqqətini bu nöqtəyə yönləndirib. Ancaq Şrederlə arasındakı məhkəmə dartışması nəticəsiz qalıb. Öz lazımi bəhrəsini verməyib.
***
Alman mətbuatının iddialarına görə, Şimali Avropa Qaz Kəmərinin tikintisinə Şreder 1 milyon avro maaş müqabilində qoşulub. «Şreder təqaüdə çıxmış bütün digər siyasətçilər kimi leksiya oxumaq istəmir tələbələrə. Kasıblar üçün ucuz mənzil inşaatına maraq göstərmir. O, Rusiya maraqlarına, «Qazprom» səhmlərinə sevgisini gizlətmir hətta. Bu, birmənalı şəkildə satqınlıqdır». «The Washington Post» qəzetinin bu ittihamları bir ara Qərb mətbuatını əməlli-başlı silkələsə də, nə xeyri? Şreder yenə əvvəlki kimi Moskvaya daha çox qulaq asır, nəinki Qərb siyasətçilərinə.
«Qazprom» şirkəti ilə işbirliyi bu yaxınlarda Şrederə təzə bir vəzifə də gətirib. «Rosneft» şirkətinin 29 sentyabr 2017-ci ildə keçirilən növbədənkənar seçkilərində o, şirkətin sədri kürsüsünə yiyələnib. Qərb siyasətçiləri xəbəri eşidincə dinc durmayıblar. Qalstuklarının düyününü azca boşaldıblar boğazlarında. Sonra mətbuata bu barədə itin sözünü deyiblər: «Şreder Polşa ilə Baltikyanı ölkələri, Ukraynanı, Belarusu neft-qaz kəmərlərindən kənarda saxlamaqla nə etdi? Bu ölkələri keçi qiymətinə Moskvaya satdı. Belə olmaz».
Kristian Vulf-Aşağı Saksoniyanın baş naziri səsləndirilmiş ittihamlarda lap dərinə gedib: «Şreder müşahidə şurası sədri vəzifəsindən təcili ayrılmalıdır. Əks halda, izah etsin-niyə Putin onu öz səhmdar şirkətinə sədr təyin edib? Niyə indi o, «Rostneft»in başçısıdır? Gün hardan doğdu? Harda batdı? Mən şübhə ilə baxıram bütün təyinatlara».
***
Qerhard Şrederin «arxa cəbhəsində» müəyyən boşluqlar mövcuddur. Şrederin sabiq katibəsi Sabina Şvind fon Eqelştayn buna canlı nümunədi. Məsələn, mətbuata verdiyi gurultulu bir müsahibəsində o, öz köhnə şefini saçına həna qoymaqda ittiham edib. Deyib ki, Qərb siyasətçiləri «xınalı kəklik» deyillər. Saçlarına həna qoymurlar. Rusiyada, Şərqdə hə, bu çox yayğındı. Qəddafi, Səddam Hüseyn saçlarını boyayıblar. Xınalı kəklik olublar. Qərbdə isə bu dəb deyil. Saç boyamağı kimdən öyrənib eyy Qerxard Şreder? Sözsüz, oturub durduğu Şərq diktatorlarından.
Qerhard Şrederə aldanmayın. O, təkcə saçlarını boyatmır. Gizlətdiyi yalnız ağ saçları deyil.
Belə getsə, Avropada hələ çox yeni şrederlər yaranacaq. Rusiya neft-qaz şirkətləri Şrederin nümunəsində özlərinə doşab almışdılarsa, bu, bal çıxdı. Həmin bu təcrübəni indi təkrarlamaq istəyən çox Qərb siyasətçisi var.
«İqtisadi əməkdaşlıq bütün düyünləri açan sehirli çubuqdur» - Şrederin bu gecikmiş etirafı indi çoxlarının qulaqlarında səslənib uzun əks-səda ilə müşayiət olunur.