vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
15:21 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2910 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə polisi 7500 qurbağanı xilas edib

Fransızların qurbağa tamarzılığı canlı təbiətə ciddi təhlükədir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, Türkiyə jandarması qaçaqmalçılardan tutulmuş 7500 qurbağanı canlı təbiətin qoynuna buraxıb. Qaçaqmalçılar ölkə boyunca brakonerliyə qarşı keçirilən böyük əməliyyat zamanı ələ keçiblər. «The Guardian» yazır ki, bu, ölkə tarixində qurbağa qaçaqmalçılığına qarşı aparılmış ən böyük əməliyyat olub.

Türkiyə mediası xəbər verir ki, qaçaqmalçılar mikroavtobusla səfər edərkən Kapadokiya ərazisində saxlanılıblar.

Polislər mikroavtobusda çox sayda tor və minlərlə qurbağa aşkar ediblər.

Qaçaqmalçılar Adanaya getmək və «malı» orada müştəriyə satmaq niyyətində olduqlarını bildiriblər.

«The Guardian» yazır ki, kulinariyada istifadə olunan qurbağaların ticarəti hazırda çox gəlirli biznes sayılır.

Amfibiyaların ən böyük bazarı Çin və Fransadır.

Yerli canlı təbiət rəsmisi Həsən Hüseyn Doğançay deyib ki, qaçaqmalçılardan tutulan qurbağalar canlı təbiətə qaytarılıb.

Sinqapur Milli Universitetinin dosenti Gözdü Çilingir deyib ki, bu, müsadirə edilmiş qurbağaların sayına görə ən böyük əməliyyat olub.

Ekspert bildirir ki, bu hadisədə başlıca problem həbs edilənlərin qurbağaları canlı təbiətdə ovlamaları ilə bağlıdır.

O deyir ki, kommersiya məqsədli qurbağalar bir çox fermalarda yetişdirilir.

Ekspertlər bidlirirlər ki, qurbağaların ovlanması üçün xüsusi mövsümlər müəyyən edilib, bəzi qurbağaların ovlanması isə ümumiyyətlə qadağandır.

«The Guardian» yazır ki, sözü gedən qurbağalar şərqi Anadoluda Qara dənizə axan Kızılırmak çayının hövzəsində ovlanmışdı.

Kızılırmak deltası və gölmələri dünyanın ekoloji baxımdan ən rəngarəng regionlarından biri sayılır. Burada 350 quş, 560 bitki növü aşkar edilib.

«The Guardian» yazır ki, fransızların qurbağa tamarzısı olması bu heyvan növünün onun təbii məkanlarında kəskin azalmasına əsas səbəbdir. Fransa Avropada qurbağanın ən böyük istehlakçısıdır.