vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
21:30 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2657 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2035-ci ildə Ermənistan əhalisi 2,5 milyonadək azala…

… Azərbaycanda isə bu göstərici 12 milyona çata bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin proqnozlarına görə, heç bir ciddi tədbir görülməsə, Ermənistan əhalisinin sayı 2035-ci ilədək 2,5-2,6 milyonadək azala bilər.

Bu barədə əhalinin sayı barədə yeni məruzəni təqdim edən BMT Əhali Fondu Ermənistan ofisinin nümayəndəsi Qarik Hayrapetyan məlumat verib.

Eyni zamanda, ölkədə doğum səviyyəsinin artırılması və repatriasiya istiqamətində ciddi tədbirlər görüldüyü halda, 2035-ci ilə kimi əhalinin sayını 3,2 milyonadək artırmaq olar.

«Bu, xeyli təkəbbürlü, nəzəri baxımdan mümkün rəqəmdir. Lakin əməli cəhətdən çox mürəkkəb və ciddi səylər tələb edən işdir», - «Bölünmüş dünya: bərabərsizlik əsrində reproduktiv səhhət və hüquqlar» hesabatındakı rəqəmləri açıqlayan Qarik Hayrapetyan deyib.

1 yanvar 2017-ci il tarixinə olan məlumata görə Ermənistan əhalisinin sayı 2 986,5 min təşkil edir.

2040-cı ildə əhalinin sayının 4 milyona çatacağı barədə Ermənistan prezidenti Serj Sərkisyanın bəyanatını xatırladan BMT nümayəndəsi bunun «qeyri-real» göründüyünü bildirib.

«Bunun üçün bu istiqamətdə bu gün yox, dünəndən ciddi investisiyalar qoymaq lazım idi. Dünya təcrübəsi bunun mümkün olduğunu göstərir, - Qarik Hayrapetyan deyir. - Məsələn, Skandinaviya ölkələrində son 25 il ərzində doğum sayının göstəricisi 1,4-dən 1,9-dək artıb - bu, ciddi tərəqqi sayılır».

BMT nümayəndəsi qeyd edir ki, doğum səviyyəsinin artması heç də ailələrə maliyyə yardımı göstərməklə şərtləşmir.

Bunun əvəzinə həmin ölkələrdə qadının öz və uşaqlarının gələcəyi üçün arxayın olmasını təmin edən şərait - iş yerləri, özünü realizə etmək imkanları - yaradılıb.

Onun sözlərinə görə, ailə ilk və növbəti uşağı doğmaq qərarı qəbul edərkən, ilk növbədə, özünü «sosial və iqtisadi baxımdan rahat hiss etməlidir».

İyul ayında Milli Statistika İdarəsi bildirib ki, əhalinin xaricə üz tutması nəticəsində 2017-ci ilin ilk iki rübündə Ermənistan sakinlərinin sayı az qala 9 minədək azalıb.

Azərbaycan da isə tam əksinə əhalinin artımında yüksək temp var. Dövlət Statistika Komitəsinin sentyabrın 15-nə olan açıqlamasına görə, ölkə əhalisi hər ay 7000 nəfər artır. Bu gedişlə 2035-ci ildə bu rəqəm 1.5-2 milyona bərabər olacaq, yəni 12 milyona çatacaq.