vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ENERGETİKA  
00:36 | 20 oktyabr 2017 | Cümə Məqaləyə 1868 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan nefti bahalaşıb

«Qara qızıl»ın qiyməti 58 dollar ətrafında möhkəmlənir

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq neft nazirinin Kərkükdə gündəlik hasilatın 1 milyon barelə çatdırılacağı barədə bəyanatı birjalar tərəfindən ciddi qəbul olunmayıb. APA TV-nin məlumatına görə, analitiklər hasilatın 3 dəfə artırılması üçün uzun müddət tələb olunduğunu bildirir. Bu səbəbdən neftin qiymətində gözlənilən dəyişiklik qeydə alınmayıb.

Son bir sutka ərzində «Brent» markalı neftin bir barelinin qiyməti 58 dollar ətrafında dəyişib. Hazırda bu markadan olan neft 58,14 dollardan satılır, Qərbi Texas nefti isə 52 dollardan təklif olunur.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 58,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,16 dollar/barel çoxdur. Bu barədə «Trend»ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 58,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 18-də 55,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən «Brent Dated» etalon növlü neftin qiyməti isə oktyabrın 18-də 57,68 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

Qiymətlərin dünənki səviyyədə qalmasında ABŞ Energetika Nazirliyinin açıqladığı həftəlik hesabatın da rolu olub. Hesabata əsasən, həftə ərzində ölkənin kommersiya neft ehtiyatlarının həcmi 5,73 milyon barel azalaraq 456,5 milyon barelə enib. Bu, Amerika Neft İnstitutunun açıqladığı proqnozlardan 1,4 milyon barel azdır. Ötən həftə ABŞ-ın neft ehtiyatlarının həcmi 2,8 milyon barel azalmışdı.

Həftə ərzində ABŞ xaricdən 7,5 milyon barel neft alıb. Bu, əvvəlki həftəyə nisbətən 134 min barel azdır. Ehtiyatların həcminin azalması neft emalı müəssisələrinin tam gücü ilə işləməyə başlaması ilə izah olunur.