vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
13:30 | 20 oktyabr 2017 | Cümə Məqaləyə 2143 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılacaq

Mehriban Əliyevanın tapşırığı ilə ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılacaq.

Bu barədə APA-ya Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, xalq artisti Düsseldorf şəhərindəki klinikalardan birində müalicə alacaq: «Artıq bütün sənədləşmə işlərini başa çatdırmışıq, klinikadan bizə cavab gəlib. Gələn həftə Almaniyaya yollanacağıq. Ümid edirəm, orda aldığı müalicədən sonra Rafiq Hüseynovun səhhətindəki problemlər aradan qalxacaq. Bizə ən yüksək səviyyədə diqqət var. Mehriban Əliyevanın tapşırığı ilə Səhiyyə Nazirliyi bütün məsələləri həll edib».

S. Hüseynova əlavə edib ki, hazırda Rafiq Hüseynov Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov xərçəngdən əziyyət çəkir. O, Türkiyədə bir neçə dəfə əməliyyat olunub.