vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
17:03 | 20 oktyabr 2017 | Cümə Məqaləyə 2879 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təcrübəsi yoxdur»

Bakıda «Azərsu»ya bina tikən şirkəti Ukraynada tenderə buraxmadılar

Ukraynanın Sumsk vilayətində yol tikintisinə dair keçirilən tenderdə Azərbaycanın «ALKE İnşaat və Sənaye» ASC şirkətinin iştirakına icazə verilməyib. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb «Ukravtodor» («Ukrayna Avtomobil Yolları») tərəfindən tender komissiyasına göndərilmiş məktubdur.

Məktubda göstərilir ki, «ALKE İnşaat və Sənaye» ASC-nin son 5 ildə Ukraynada və ya Avropa İttifaqı ölkələrində analoji işlərin görülməsinə dair təcrübəsi yoxdur. 99 milyon qriven dəyərindəki layihənin sifarişçisi «Sumımoststroy» MMC şirkəti idi. Sifarişçi oktyabrın 18-də tender komissiyasında sübut etməyə çalışıb ki, «Ukravtodor»un tender sənədləri iddiaçı şirkətin Ukrayna və ya Aİ ölkələri ərazisində iş təcrübəsinin olmasını nəzərdə tutumurdu. Ona görə də Azərbaycan şirkətinin «Azəravtoyol» ASC ilə bağlanmış müqaviləni təqdim etməsi tender şərtlərinə tamamilə uyğun idi. Üstəlik Ukraynanın infrastruktur naziri Vladimir Yemelyan oktyabrın 4-də «Ukravtodor»un həmin məktubunu geri çağırdığını bildirmişdi. Lakin bu arqumentlər kömək etməyib.

«ALKE İnşaat Sənaye və Ticarət» ASC 2011-ci ildə fəaliyyətə başlayıb. Baş ofisi Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/26 ünvanında yerləşir. Bu ilin sentyabrında «ALKE İnşaat və Ticarət» ASC «Azərsu» ASC-nın Heydər Əliyev prospektində inşası yarımçıq qalmış inzibati binasının tikintisinin tamamlanması üçün müqavilə bağlayıb. Müqavilənin dəyəri 44.1 milyon dollardır.

Binanın tikintisi 2015-ci ildə başa çatsa da istifadəyə verilməyib. Yerli media tikintiyə 120 milyon ABŞ dolları ayrıldığını yazır. Yeni bina 20 mərtəbədən və 2 mərtəbəli zirzəmidən ibarətdir. Onun hündürlüyü 124 metrdir.