vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
XADİM  
13:43 | 27 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 2853 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mehriban Əliyeva 125 nəfərin içində 1-ci oldu

Birinci xanım sosial şəbəkələrin ən fəal millət vəkili seçildi

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ağ Yol» Vətəndaş Hərəkatı 2013-cü ilin media və sosial şəbəkələr üzrə ən aktiv millət vəkillərinin seçilməsi ilə bağlı sorğu keçirib. «Facebook» sosial şəbəkəsində keçirilən sorğuya əsasən Milli Məclisin 10 üzvü ən aktiv millət vəkili olaraq seçilib. «Ağ Yol» qeyd edib ki, hər bir millət vəkili öz fəaliyyətində ictimaiyyət üçün açıq olmalıdır. Onlar seçiciləri qarşısında verdiyi vədlərə əməl etməli və öz fəaliyyətini KİV-də və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırmalıdır.

Geniş müzakirəyə səbəb olan sorğuda bəzi millət vəkillərinin ictimaiyyətə və mediaya qapalı olduqları təəssüflə vurğulanıb.
Keçirilən sorğuya görə sosial şəbəkələrin ən aktiv millət vəkili Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olub. Ölkənin 1-ci xanımı Mehriban Əliyevanın «facebook» səhifəsini bəyənənlərin sayı 100.000 nəfərdən artıqdır. Eyni zamanda Heydər Əliyev Fondu da bir çox xüsusiyyətlərinə görə adıçəkilən şəbəkənin ən aktivlərindəndir.
Bundan sonrakı pillədə millət vəkili Rövnəq Abdullayev dayanır. SOCAR prezidentinin «facebook»dakı profili və onun rəhbərlik etdiyi qurumun səhifəsi də aktivliyi ilə seçilir.
Millət vəkilləri Qənirə Paşayeva və Azay Quliyev sosial şəbəkələrdəki fəaliyyətinə görə növbəti pillələrdədir.
Qənirə Paşayevanın «facebook» profili abunəçilərinin sayına görə ən iri profillərdən hesab olunur. Xanım millət vəkili bu profilindən gündəlik paylaşımlar edir. Millət vəkili Azay Quliyevin də «facebook» səhifəsi gündəlik yenilənir. Millət vəkilinin rəhbərlik etdiyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının profilləri sosial şəbəkələrdə daim yenilənir.
Bundan sonrakı pillələri ardıcıl olaraq Adil Əliyev, Fazil Mustafa, Aydın Mirzəzadə, Əli Məsimli, Zahid Oruc, Fuad Muradov bölüşür.
«Ağ yol» bundan sonra fəaliyyətsiz millət vəkilləri ilə bağlı sorğu keçirəcək. Sorğu parlamentin ən passiv, eyni zamanda, mətbuata və ictimaiyyətə qapalı olan, sosial şəbəkələrdə görünməyən millət vəkillərini aşkarlamağa xidmət edəcək. Sorğu sosial şəbəkələrdə müzakirəyə çıxarıldıqdan sonra onun da nəticələri ictimaiyyətə açıqlanacaq.