vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
09:05 | 22 oktyabr 2017 | Bazar Məqaləyə 2086 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kim yoxa çıxacaq?

Mərkəzi Kəşfiyyat İdarəsinin direktorundan ilginc eyham

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo bəyan edib ki, başçılıq etdiyi strukturu daha da qəddarlaşdıracaq. Pompeo bunun Şimali Koreyanın raket-nüvə proqramı ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Kim Çen Inın rejimi Amerika ərazisinə çata bilən raket hazırlamaq ərəfəsindədir. ABŞ isə buna yol verməməyə çalışır.

«Əgər Kim yoxa çıxmalıdırsa, MKİ-nin tarixçəsini nəzərə alaraq mən bu haqda danışmayacam. Bu, bizim idarə üçün faydalı deyil», - Pompeo Şimali Koreya liderinin fiziki məhvi variantı haqda suala cavab olaraq deyib.

Pompeo əlavə edib ki MKİ-nin səhra fəaliyyətini bərpa edəcəklər.

Bu ilin aprelində ABŞ prezidenti yanında milli təhlükəsizlik Şurası Şimali Koreya təhlükəsi ilə bağlı ssenariləri müzakirə edib. Mətbuat yazıb ki, variantlardan biri Kim Çen Inın fiziki məhvidir.