vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
12:20 | 22 oktyabr 2017 | Bazar Məqaləyə 2295 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İslam dünyasına nümunədir»

«Azərbaycan «D-8» sammitinin güclənməsində vacib rol oynaya ola bilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanın «D-8» sammitində iştirak etməsi bir daha sübut edir ki, qardaş ölkə bu formatın güclənməsində vacib rol oynaya bilər».

Bunu «Trend»ə Paris Universitetinin Mədəni diplomatiya kafedrasının müdiri, Strateji Araşdırmalar Diplomatiya Mərkəzinin rəhbəri, ekspert Naciye Selin Şenocak Azərbaycan Prezidentinin «D-8» sammitində xüsusi qonaq qismində iştirakını şərh edərkən deyib.

Onun sözlərinə görə, buna qədər Azərbaycan BMT-də bir sıra vacib təşəbbüslərlə çıxış edib ki, bu təşəbbüslər də sülhün bərpa olunmasına xidmət edə, eləcə də bütün İslam dünyasına nümunə ola bilər.

N.S.Şenocak vurğulayıb ki, «D-8» sammitinə lazımi diqqət verilsə, bu qurum Şanxay Əməkdaşlıq Təşkilatı kimi güclənə bilər. O, həmçinin qeyd edib ki «D-8» Avropa İttifaqına alternativ bazar ola bilər.

Qeyd edək ki, oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının («D-8») «Əməkdaşlıq yolu ilə imkanları artırmaq» devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.