vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
20:07 | 22 oktyabr 2017 | Bazar Məqaləyə 2183 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcü seçisinin seçimi

Tiflis meri üçün səsvermələr Avropa standartlarına cavab verdimi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Tiflisdə keçirilən mer seçkilərində minimal üstünlüklə - 51 faiz səslə Kaxa Kaladze qalib gəldi.

Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də Bakı böyük şəhər bələdiyyəsinin təsis olunması və onun başçısının seçki yolu ilə müəyyənləşdirilməsi idi. Lakin demokratikləşmə ilə bağlı digər öhdəliklər kimi, bu öhdəlik də uzun illərdir yerinə yetirilmir. Səhv eləmirəmsə, Azərbaycan AŞ üzv ölkələri arasında yeganə ölkədir ki, paytaxt meri seçkisi keçirmir.

Gürcüstandakı yerli özünüidarəetmə seçkilərinə gəldikdə isə, bu seçkilərin Avropa standartlarına tam uyğun keçirildiyinə inanmıram, iqtidar partiyası inzibati resurslardan gen-bol faydalanır, bərabər imkanlar yoxdur. Lakin bəzi lokal hadisələr istisna olmaqla, kütləvi saxtakarlıqdan danışmaq da mümkün deyil, Kutaisi də daxil olmaqla, bəzi şəhərlərdə seçki 2-ci tura qalıb. «Gürcü Arzusu» gerçəkdən ən çox səs alan partiyadır və hələ ki alternativsizdir. Bunun bir-biri ilə əlaqəli 2 təməl səbəbi var:


1. «Gürcü Arzusu»nun hakimiyyəti Vahid Milli Hərəkatdan təhvil aldığı 2012-ci ildən bəri siyasətdə yeni, üçüncü qüvvənin ortaya çıxmaması;

2. Müxalifətin lider problemi.


Gürcüstan seçicisi hələ də 2 qüvvə arasından seçim etməyə məcburdur. Ölkədə faktiki olaraq ikipartiyalı sistem yaranıb və bu, iqtidara sərf edir. Çünki Vahid Milli Hərəkatın ölkə üzrə 25-30 faiz stabil elektoratı var və bu göstərici artmır. Əslində normal demokratik ölkələr üçün pis göstərici deyil, problem odur ki, iqtidar partiyasından səs qopara biləcək başqa ciddi siyasi qüvvə yoxdur. Təxminən Türkiyədəki AKP-CHP rəqabətinə bənzər durum yaranıb.

Bir neçə ay əvvəl Vahid Milli Hərəkat parçalandı və həbsdən çıxan keçmiş Tiflis meri Uqulava da daxil olmaqla, əksər tanınmış liderlər partiyadan ayrılaraq yeni siyasi partiya («Avropalı Gürcüstan») təsis etdilər. Lakin Uqulava xalq arasında həyəcan yarada bilmədi və dünənki seçki göstərdi ki, yeni partiya kənardan bircə faiz də səs cəlb etmədən Vahid Milli Hərəkatın elektoral meydançasında oynayır və bu partiyanın seçicilərinin təxminən üçdə birini qoparıb.

Güman edilir ki, Georgi Marqvelaşvili prezidentlik müddəti başa çatdıqdan sonra yeni siyasi partiya (blok) formalaşdırarsa, vəziyyət dəyişə bilər.